Dünyada analoji zonaların təcrübəsi əsasında AİZ-də fəaliyyət və nəzarətlə bağlı qabaqcıl prinsipləri həyata keçirmək və biznesin tərəqqi edə biləcəyi bir mühit yaratmaq üçün ən liberal və mütərəqqi normativ aktlar işlənib hazırlanmışdır. AİZ-in dəyər təklifi ölkənin fundamental üstünlüklərinə və irəli sürülən stimullaşdırıcı amillərə əsaslanır:

  • Strateji mövqe

    Ələtdə İpək Yolunun və əsas ticarət dəhlizlərinin kəsişməsində yerləşən AİZ mövcud avtomobil və dəmir yolu şəbəkələrinə çıxışa malikdir və dərin su limanının yaxınlığında yerləşir. Bu isə Türkiyə, Rusiya, İran, Yaxın Şərq və Mərkəzi Asiyanın çoxölçülü bazarlarına çıxış etməyə imkan verir.

  • Əlverişli coğrafi şərait

    Azərbaycan əhəmiyyətli idxal axını olan iri iqtisadiyyatlarla əhatə olunmuşdur. 1000 km radiusda 130 milyondan çox insan və 3 trilyon ABŞ dollarına bərabər ÜDM AİZ-də qeydiyyatdan keçmiş şirkətlər üçün geniş B2C bazarına çıxış imkanı və Azərbaycanda ixracyönümlü azad zona üçün böyük potensial yaradır.

  • İqtisadi səmərəlilik

    Azərbaycanda işçi qüvvəsinə çəkilən xərclər regionda ən aşağı xərclər sırasındadır.

  • 100% Xarici Sahibkarlıq

    Yerli sahibkar kimi fəaliyyət göstərmək şərtinin olmaması (100% xarici sahibkarlığa icazə verilir)

  • Vergidən azad mühit

    AİZ korporativ gəlir vergisindən, dividend ödənişlərindən, işçilərin gəlirləri və ƏDV-dən tam azad bir mühit təklif edir.

  • Kapitalla bağlı tələblərin yüksək olmaması

    AİZ startap şirkətləri AİZ-ə investisiya qoymağa stimullaşdırmaq üçün kapitalla bağlı yüksək tələblər irəli sürmür. Minimal investisiya dəyəri səhmdar kapitalının minimum dəyəri ilə əvəz edilməlidir.

  • Gömrük rüsumlarının tətbiq olunmaması

    AİZ-ə idxal edilən və AİZ-dən ixrac olunan mallarla bağlı heç bir gömrük rüsumu tətbiq olunmur.

  • "Vahid pəncərə" prinsipi

    AİZ şirkətlərin qeydiyyatı, gömrük prosedurları, vergilər, viza və əmək resursları sənədləri ilə bağlı məsələlərin əksəriyyətini həll etmək üçün vahid pəncərə təklif edir.

  • Xüsusi Arbitraj Mərkəzi

    AİZ-də bütün mülki mübahisələri və kommersiya mübahisələrini nəzərdən keçirmək üçün xüsusi arbitraj mərkəzi yaradılacaq.

E-Bilet