10.04.2020 10:53

Gəmilərin yanalması və yedək əməliyyatları üçün avadanlıqların satınalması

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC gəmilərin yanalması və yedək əməliyyatları üçün avadanlıqların satınalması üzrə açıq müsabiqə elan edir.Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər – notarial təsdiq olunmuş formada vergi şəhadətnaməsi, reyestr çıxarışı və nizamnamə (qiymət təklifi istisna olmaqla) 22 aprel 2020-ci il saat 17.00-dək, qiymət təklifi isə qapalı və möhürlənmiş zərfdə 24 aprel 2020-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 8 may 2020-ci il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

 

Əlaqə telefonları: 599-00-03 (3702).

Satınalma Komissiyası

E-Bilet