24.04.2020 06:30

Bakı Limanının Avropa İttifaqı ilə növbəti layihəsi uğurla yerinə yetrilib

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Bakı Limanının əməliyyat imkanlarının genişləndirilməsinə Aİ-nin dəstəyini ehtiva edən layihə öz işini başa vurmuşdur. Bu layihə, Ecorys Nederland B.V. və Haskoning DHV Nederland B.V. konsorsiumu tərəfindən 16 yanvar 2018 - 15 aprel 2020 tarixlərində uğurla həyata keçirilmişdir.

Layihənin məqsədi Avrasiyanın mərkəzində beynəlxalq səviyyəli limanın və logistika mərkəzinin yaradılması vasitəsilə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına və diversifikasiyasına töhfə verməklə Bakı Limanina dəstəyin göstərilməsi olmuşdur.

Bakı Limanının bütün əməliyyatlarının Ələtdə yerləşən yeni limana köçürülməsi, limana dair əməliyyat və idarəetmə fəaliyyətləri ilə bağlı bir sıra sahələrdə, o cümlədən İKT sistemlərlə bağlı funksiyalar. İnsan Resurslarının İdarəetmə sistemi və limanın ictimaiyyətlə əlaqələr sahəsində, regional və beynəlxalq ticarətin asanlaşdırılması və inkişafı istiqamətlərində qabaqcıl Avropa ölkələrinin təcrübəsindən istifadə edilməsi zərurəti yaratmışdı.

Layihənin beynəlxalq və yerli ekspertləri, Bakı Limanının işçi heyəti ilə birgə Bakı Limanının Strateji Planı və Yaşıl Liman Konsepsiyasını hazırlamış, ətraf mühit üzrə 14001:2015 və EcoPorts sertifikatlarının alınmasına nail olmuşlar. Layihənin digər uğurlu nəticələri kimi Bakı Limanının Ələt İqtisadi Zonası İşçi Qrupu və digər tərəfdaşlarla qarşılıqlı əməkdaşlığına dair təlimat kitabçasının hazırlanmısı, limanın təhlükəsizlik və mühafizə sistemlərinin gücləndirilməsi, maliyyə prosedurlarının təkmilləşdirilməsi, təlim strategiyasının hazırlanması və təlim fəaliyyətlərinin həyata keçirilməsi ilə limanın işçi heyətinin bilik və bacarıqlarının artırılması və liman üçün yeni vebsaytın yaradılmasını qeyd edə bilərik.

Layihənin həyata keçirilməyə başldığı ilk gündən bəri layihə komandası və layihənin benefisiarı olan Bakı Limanının işçi heyəti arasında çox sıx əməkdaşlıq qurulmuşdur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru cənab Taleh Ziyadov layihəni qiymətləndirərkən aşağıdakıları qeyd etmişdir: ‘Bakı Limanı və Avropa İttifaqı arasında insan kapitalının inkişafı və limanın əməliyyət imkanlarının genişləndirilməsi istiqamətindəki əməkdaşlıq Bakı Limanının institutsional inkişafı baxımından olduqca faydalı olmuşdur. Ecorys Nederland B.V. və Haskoning DHV Nederland B.V. konsorsiumu tərəfindən həyata keçirilən layihə peşəkar komandanın uğurlu sinerjisi ilə əlamətdar olmuşdur və Bakı Limanının gələcək davamlı inkişafına öz töhvəsinə verəcəkdir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas vurğulamişdır ki: ‘Beynəlxalq ticarət və nəqliyyat sahələri Avropa İttifaqı üçün çox böyük önəm daşıyır. Biz, Azərbaycan dövlətinin bu proseslərdəki rolunu və bu istiqamətdə verdiyi töhfəni yüksək qiymətləndiririk.Son iki ildə bu layihə çərçivəsindəki birgə əməkdaşlıq sayəsində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Belçika, Almaniya, Nederland, Rumıniya, Bolqarıstan, İtaliya və Sloveniyada yerləşən qabaqcıl Avropa limanlarının təcrübəsindən bəhrələnmişdir. Bu işin nəticəsi olaraq, Bakı Limanı, regionun beynəlxalq standartlara cavab verən təkmil idarəetmə sisteminə malik və bir sıra nüfuzlu ətraf mühit sertifikatlarına malik lider limanına çevrilmişdir.Mən əminəm ki, Bakı Limanının çoxsaylı istifadəçiləri, hələ uzun illər boyunca, Aİ-Azərbaycan əməkdaşlığının bariz nümunəsi olan limanın qabaqcıl xidmət və imkanlarından istifadə etməkdən məmnunluq hissi keçirəcəklər.’

E-Bilet