01.06.2022 05:14

Bakı Limanı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Qaradağ rayonunda yaşayan, o cümlədən şəhid və qazi ailələrinin uşaqları ilə qeyd edib

Bakı Limanı tərəfindən “Korporativ sosial məsuliyyət proqramı” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə CinemaPlus, Papa Johns Pizza Azerbaijan , TEAS Press Nəşriyyat Evi şirkəti və Dəniz Mall ticarət mərkəzinin təfdaşlığı ilə “Uşaqların CinemaPlus-a səyahəti və animasiya günü” adlı tədbir təşkil edib. Uşaqlara həsr olunan bu tədbir zamanı onlar “Dəniz Mall”da, animatorların iştirakı ilə əyləcnəli yarışlarda iştirak edib, animasiya filminə baxıb, müxtəlif maraqlı mədəni və intellektual fəaliyyətlərdə iştirak ediblər.
Bakı Limanı olaraq “CinemaPlus”, “Papa Johns”, “Teas Press” şirkətlərinə və “Dəniz Mall” ticarət mərkəzinə bu tədbirin təşkil olunmasındakı dəstəyinə görə təşəkkür edirik.
Bakı Limanı korporativ sosial layihələrin də həyata keçirilməsində biznes tərəfdaşlığına önəm verir.