Dəniz xidmətləri

Bakı Limanına gələn bütün gəmilərə 24/7 aşağıdakı xidmətlər göstərilir:

  • Yanalma/yoladüşmə, limana gəliş/limandan çıxış
  • İçməli su təchizatı
  • Yanacaq
  • Xarici gəmilər üçün agent xidmətləri
Yan alan/yola düşən gəmilərin sayı
Terminalın adı 2016 2017 2018
Bərə terminalı 875 886 850
Əsas yük terminalı 275 353 211
Dübəndi neft terminalı 274 117 108
Dəniz terminalı 828 1262 1204
Ümumi 2,252 2,618 2,491
Mühəndislik xidmətləri

Biz sürətli və çevik xidmətin zəruriliyini başa düşürük və buna görə də geniş mühəndislik xidmətləri təqdim etmək üçün proqram hazırlamışıq. Biz gələcəkdə heç bir rüsum olmadan konteyner (standart və soyuduculu) yoxlanılması, texniki dəstək, bərpa xidmətləri təklif edəcəyik. Bundan əlavə, biz öz müştərilərimizə gəmilərlə bağlı sorğu və yoxlama xidmətləri təqdim edəcəyik.

Yükləmə-boşaltma işləri

Unifikasiya edilmiş (o cümlədən konteynerlərdə yerləşdirilənlər)toplu şəkildə olan yüklərin emalı:

  • Konteynerin emalı üçün xüsusi aksessuarlarla (bölüşdürücü konstruksiya), qarmaq, bərkidici (unikfikasiya edilmiş yükün digər növlərinin emalı üçün), qreyferlər (toplu şəkildə yükü idarə etmək üçün) və s. ilə təchiz edilmiş portal kranlar.
  • Layihə daşımaları da daxil olmaqla ağır yüklər üçün nəzərdə tutulmuş mobil liman kranı
  • Krandan başqa xüsusi yükləmə-boşaltma avadanlığına aşağıdakılar :
    • yük maşını və vaqonlardan yükləyib-boşaltma əməliyyatını həyata keçirməklə yanaşı konteyner meydançasında, həmçinin qapalı anbarda konteynerlərin hərəkəti üçün nəzərdə tutulmuş konteyner yükləyənlər;
    • yük maşını və vaqonlardan yükləyib-boşaltma əməliyyatını həyata keçirməklə yanaşı həm açıq, həm də qapalı anbarda unifikasiya edilmiş yükün digər növlərinin hərəkəti üçün nəzərdə tutulmuş çəngəl formalı qaldırıcı mexanizmlər.
Ro-Ro yükünün emalı

Bu xidmətə zəruri vasitələrin təmin edilməsi yolu ilə nəqliyyat növləri arasında intermodal nəqliyyat vahidlərinin hərəkəti daxildir.

Anbar xidmətləri

Bakı Limanı ildə 100,000 TEU konteyner yük aşırma qabiliyyətinə malikdir və burada 56000 m2 sahəni əhatə edən açıq anbar ərazisi mövcuddur. 10000 m2 saxlama sahəsinə malik anbarlar müxtəlif hava şəraitindən mühafizə edilməli olan məhsulların saxlanılması üçün ən yaxşı seçimdir.

Ətraflı məlumat üçün:

Eugene Seah

Liman əməliyyatları xidmətinin müdiri

eseah@portofbaku.com

Ətraflı məlumat üçün:

Kamran Cəlili

Ro-Ro terminalı rəisi

kjalili@portofbaku.com

Elxan Babayev

Ümumi yüklər terminalının rəisi

ebabayev@portofbaku.com

Elimdar Kərimov

Bərə terminalı rəisi

ekarimov@portofbaku.com

E-Bilet