Bakı Limanı Ələtdə (Bakıdan 70 km cənubda yerləşən qəsəbə), iki əsas nəqliyyat dəhlizinin - Şərq-Qərb və
Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bura, eyni zamanda Azərbaycanın əsas dəmiryolu və
magistral şəbəkələrinin birləşdiyi mərkəz kimi limanın məqsədlərinin yerinə yetirilməsinə kömək
edir və regional və qlobal təchizat zəncirlərində mühüm rol oynayır. Bakı Limanı əsas intermodal
paylama mərkəzi kimi fəaliyyət göstərməklə yanaşı limanın fəaliyyəti, Gömrük və Müvəqqəti saxlanc anbarları, Ələt qəsəbəsi
və müxtəlif nəqliyyat və qeyri-nəqliyyat sektoru ilə bağlı layihələri özündə əks etdirən kompleks inkişaf
modelindən istifadə edir.
Bakı Limanının inkişafı 2 mərhələ üzrədir:
I mərhələ
2019-cu ildə birinci mərhələnin inkişafı başa çatdırılıb və sonra Bakı Limanında ümumi yükaşırma imkanı
artaraq 15 milyon ton ümumi yük və 100 000 TEU-ya qədər konteyner olub.
Körpünün növü |
Körpülərin sayı |
Ümumi yükaşırma imkanı |
Bərə terminalı |
2 |
6.2 milyon ton |
Ro-Ro körpüsü |
2 |
1.8 milyon ton |
Ümumi yük körpüsü |
7 |
7 milyon ton |
Xidmət körpüsü |
2 |
— |
Ələtdə liman kompleksinin tikintisinin birinci fazası bərə terminalı, ümumi yük körpüsü, Ro-Ro körpüsü,
xidmət körpüsü, dəmiryolu xətləri, inzibati bina, gömrük məntəqəsi, açıq saxlama sahəsi, anbarlar,
konteyner meydançası, körpülərə dəmir və avtomobil yol yanaşmaları, Ro-Ro rampaları, ağır yüklərin
yerləşmə sahəsi və yük maşınlarının dayanacaq sahəsinin tikintisini əhatə edir.
II mərhələ
Liman kompleksinin tikintisinin ikinci mərhələsinin başa çatdırılması ilə Bakı Limanının ümumi yükaşırma
imkanı artaraq 25 milyon ton ümumi yük və 500,000 TEU-ya qədər konteyner olacaq.
Körpünün növü |
Körpülərin sayı |
Ümumi yükaşırma imkanı |
Bərə terminalı |
2 |
6.2 milyon ton |
Konteyner körpüsü |
5 |
10 milyon ton |
Ro-Ro körpüsü |
2 |
1.8 milyon ton |
Ümumi yük körpüsü |
7 |
7 milyon ton |
Xidmət körpüsü |
2 |
-- |