• Bərə termİnalı

    Yükaşırma qabiliyyəti

    İldə 6.2 milyon ton

     

    Bərə (qatar daşıyan bərə) terminalı və ona bitişik körpülərdən limana dəmir yolu ilə daxil olan vaqonlar birbaşa olaraq bərədə yerləşdirilirlər. Vaqonlar yükü boşaldan avadanlığa ehtiyac qalmadan bir nəqliyyat vasitəsindən (lokomotiv) digərinə (gəmi) ötürülən Ro-Ro yükü kimi təsnif olunurlar. Bu proses hər biri bilavasitə dəmir yolu xətlərinə qoşulu olan qaldırıcı körpüyə malik iki bərə körpüsündə həyata keçirilir. Bu terminalda gəmilərə sərnişinlərlə yanaşı yük avtomobilləri, sərnişin avtomobilləri və s. nəqliyyat vasitələri xaricində intermodal nəqliyyat vahidləri yüklənilə bilər.

  • Ro-Ro termİnalı

    Yükaşırma qabiliyyəti

    İldə 1.8 milyon ton

    İldə 60,000 təkərli texnika

    Dəmir yolu vaqonları xaricində digər intermodal nəqliyyat vahidləri bu terminalda Ro-Ro (RoPax) tipli gəmilərə yüklənilir və bu gəmilərdən boşaldılır. Əməliyyatlar biri yan yükləmə-boşaltma rampası olan gəmilər, digəri isə yan yükləmə-boşaltma rampası və ya arxa rampası (hidravlik körpü infrastrukturu) olan gəmilər üçün nəzərdə tutulan 2 ədəd Ro-Ro körpüsündə həyata keçirilir. Bu körpülərdən, həmçinin sərnişinlər də Ro-Ro (Ro-Pax) tipli gəmilərə (Ro-Ro və Sərnişin gəmisinin kombinasiyası) minə bilərlər.

  • Əsas Yük termİnalı

    Yükaşırma qabiliyyəti

    İldə 7 milyon ton

    Terminalın infrastrukturuna biri möhkəm zəminə malik olmaqla ağır yükün yüklənib-boşaldılması üçün nəzərdə tutulan 7 ümumi yük körpüsü daxildir. Körpülərin 4-ü dəmir yolları və müxtəlif spesifikasiyalara malik 6 ədəd yeni portal kran və 2 ədəd modernizasiya olunmuş mobil kran ilə təchiz olunub. Burada müxtəlif nəqliyyat vasitələrindən (gəmi, vaqon, yük avtomobili) bir çox unifikasiya edilmiş konteynerdə daşınan yüklər (o cümlədən konteynerlərdə yerləşdirilənlər) və qalaq şəklində olan yüklər boşaldıla və yüklənilə bilər.

E-Bilet