Rəqabət üstünlüyü əldə etmək istəyən və ya ekologiya baxımından faydalı fəaliyyəti artırmaq niyyətində olan təşkilatlar məsuliyyətli, davamlı ekoloji təcrübələri tətbiq edərək daha çox uğur qazana bilərlər. Bizim məqsədimiz regionda mənfi ekoloji təsirləri minimuma endirmək üçün davamlılığı dəstəkləyən siyasət və təcrübələri tətbiq edərək regionda aparıcı Yaşıl Limana çevrilməkdir. Bizim hədəfimiz ekoloji, sosial və iqtisadi amilləri diqqətlə balanslaşdıraraq, limanın fəaliyyətində ekoloji cəhətdən təmiz metodları tətbiq etməkdir. Bakı Limanı tərəfindən müəyyənləşdirilmiş "Yaşıl Liman" siyasəti qərar qəbulu prosesində mayak rolunu oynayır və limanın davamlı fəaliyyəti və inkişafı üçün baza formalaşdırır. Siyasətin beş rəhbər prinsipinə aşağıdakılar daxildir:

  • Bakı Limanının ekoloji resurslardan rasional istifadə və normativ tələblərə uyğunluqda lider kimi fərqlənməsini təmin etmək.
  • Yerli cəmiyyəti və ətraf mühiti liman əməliyyatlarının zərərli təsirlərindən qorumaq.
  • Liman əməliyyatlarının mənfi təsirini minimuma endirmək və qabaqcıl texnologiya həllərini araşdırmaq üçün ən yaxşı texnologiyalardan istifadə etmək.
  • Terminalın tərtibatında, inkişafında və bütün əməliyyatlarda davamlılığı təşviq etmək.
  • Limanın inkişafı və ətraf mühitin müdafiəsi proqramları barədə ictimaiyyətin maarifləndirilməsi və fəaliyyətə cəlb edilməsi yolu ilə dayanıqlılıq proqramları ilə bağlı məlumatlılığı artırmaq.

Bakı Limanının Yaşıl Liman siyasətinin altı əsas məqsədi var:

  • Hava

    Liman əməliyyatlarından atmosferə zərərli tullantıların azaldılması

  • Torpaq və çöküntü

    Çirklənmiş torpaqların və liman ərazisindəki çöküntülərin yenidən faydalı istifadə üçün kənarlaşdırılması, emal edilməsi və ya yararlı vəziyyətə gətirilməsi.

  • Su

    Ələt hövzəsi ətrafında suyun keyfiyyətinin yaxşılaşdırılması.

  • Təbiət-

    Limanın ətrafında su ekosistemlərinin və dəniz arealındakı canlıların mühafizəsi və bərpası.

  • Cəmiyyətin cəlb olunması

    Cəmiyyətin liman əməliyyatları və ətraf mühitin mühafizəsi proqramları barədə proseslərə cəlb olunması və maarifləndirilməsi.

  • Dayanıqlılıq

    Bütün liman ərazisində layihələndirmə və tikinti, istismar və inzibati işlərdə dayanıqlı prinsiplərin tətbiqi. Dayanıqlı prinsiplərə tullantıların idarə edilməsi/təkrar emalı və alternativ enerji mənbələrindən istifadə daxildir.

Cari layihələr

  • Tullantı sularının təmizlənməsi üzrə qurğu
  • Neft sularının təmizlənməsi üzrə qurğu
  • Ekoloji cəhətdən zərərsiz əməliyyatlar binası
  • Yağış sularının emalı
  • İctimai yerlərin səmərəli işıqlandırılması
  • Ardelt Kranları- enerjiyə qənaət edən konstruksiya
  • Binaların avtomatlaşdırılmış idarəetmə sistemləri
  • Limanın idarə edilməsi üzrə informasiya sistemləri
  • Limanda gəmilərə sahildən elektrik enerjisinin verilməsi

Gələcək layihələr

  • Alternativ enerji
  • Dayanıqlı təchizat

Ətraflı məlumat üçün:

Əzimov Rüstəm Çingiz oğlu

SƏTƏM departamentinin müdiri

razimov@portofbaku.com

E-Bilet