Bakı Limanı hesab edir ki, təhlükəsizlik hər bir şəxsin fəaliyyətinin mühüm hissəsini təşkil edir və qəzaların qarşısını almaq mümkündür. Ətraf mühitin mühafizəsi, işçilərin təhlükəsizliyinin təmin edilməsi, sağlamlığa və təhlükəsizliyə mənfi təsirlərin qarşısının alınması Bakı Limanının gündəlik fəaliyyətində əsas prioritetlərdir. Biz, əməkdaşlarımız üçün təhlükəsiz əmək şəraitini təmin etməyə, ətraf mühitin çirklənməsi ilə bağlı riskləri azaltmağa və sağlamlığa dəyə biləcək mənfi təsirlərin qarşısını almağa çalışırıq.

Əməliyyat zamanı bütün təhlükələrə nəzarət etmək üçün Bakı Limanı İş İcazəsi və İşlərin Ayrı-ayrı Növləri üzrə Riskin Qiymətləndirilməsi Proseslərini özündə əks etdirən İşə Nəzarət Sistemi tətbiq edir.

Bakı Limanının SƏTƏM Departamentinin işçi heyəti bütün obyektlərdə 24/7 fəaliyyət göstərir.

Bakı Limanı iş yerində insidentlərə səbəb ola biləcək və müəssisəmizin dayanıqlılığına və təhlükəsiz iş mühitinə xələl gətirəcək bütün davranışlara qarşı "sıfır dözümlülük" siyasətini tətbiq edir.

Bakı Limanında OHSAS 18001:2007 standartının tələblərinə uyğun akkreditə olunmuş üçüncü şəxs tərəfindən sertifikatlaşdırılmış Təhlükəsizliyin İdarəedilməsi Sistemi yaradılmışdır və bizə OHSAS 18001:2007 standartlarının bütün tələblərinə uyğunluğu təsdiq edən sertifikat (akkreditasiyaya və sertifikasiyanın linki) verilmişdir. Bundan başqa, biz bu yaxınlarda ISO 14001:2015 sertifikatını əldə etmişik.

Ətraflı məlumat üçün:

Rüstəm Əzimov

SƏTƏM Departamentinin müdiri

razimov@portofbaku.com

SƏTƏM Departamenti sağlamlıq və təhlükəsizliklə bağlı müxtəlif statistik məlumatları qeydə alır.

Əsas statistik məlumatlara adam-saat, insidentlərin sayı, əmək qabiliyyətinin məhdudlaşması ilə nəticələnən qəzalar və s. daxildir.

2018 SƏTƏM Departamentinin qeydə aldığı statistika

"BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI" QSC

Ay Adam-saat Qəzalar Son anda zədədən qurtulma Müalicə halları Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə nəticələnən xəsarətlər İnsan tələfatı Ətraf mühitin çirklənməsi Qəzaların baş vermə tezliyi Qəzaların Ağırlıq Dərəcəsi
Yanvar 82,880 0 5 0 0 0 1 0.0 0
Fevral 80,428 0 0 0 0 0 1 0.0 0
Mart 63,778 1 1 0 0 0 2 1.6 0
Aprel 82,404 1 4 0 0 0 0 1.2 0
May 83,068 0 1 0 0 0 1 0.0 0
İyun 84,012 0 6 0 0 0 2 0.0 0
İyul 81,066 0 5 0 0 0 1 0.0 0
Avqust 82,576 1 1 0 0 0 2 1.2 0
Sentyabr 91,052 0 1 0 0 0 0 0.0 0
Oktyabr 81,094 0 0 0 0 0 0 0.0 0
Noyabr 81,382 0 4 0 0 0 1 0.0 0
Dekabr 77,546 0 4 0 0 0 1 0.0 0
Ümumi 971,286 3 32 0 0 0 11 4 0

Qəzaların baş vermə tezliyi yuxarıda göstərildiyi kimi, 100.000 adam-saat üzrə müəyyən bir müddətdə müəyyənləşdirilmiş qəzaların sayı kimi hesablanır.
Tezlik = Qəzaların sayı x 100,000: İşlənmiş adam-saatın ümumi sayı

Qəzanın ağırlıq dərəcəsi işlənmiş 1000 adam-saat ərzində itirilmiş günlərin sayıdır. Nəticələr faydalı tendensiyaları aşkar etməyə imkan verir.
Ağırlıq dərəcəsi =Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə nəticələnən xəsarətlərin sayı x 1000: İşlənmiş adam-saatın ümumi sayı

E-Bilet