15.12.2015 14:41

ADA universiteti ilə Anlaşma Memorandumu

15 dekabr 2015-ci il tarixində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə ADA universiteti arasında Logistika və Təchizat Zəncirinin İdarə Edilməsi sahəsində Biznes İdarəçiliyi üzrə Beynəlxalq Magistr Proqramının həyata keçirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi logistika, nəqliyyat və limanların idarə edilməsi sahəsində yüksək ixtisaslı kadrların hazırlanması üçün Bakı Limanının dəstəyi ilə ADA Universitetində təhsil proqramının yaradılmasıdır. Beynəlxalq MBA proqramı beynəlxalq təhsil standartlarına cavab verir və ADA Universitetinin yerli və əcnəbi müəllimləri tərəfindən ingilis dilində tədris olunur.

E-Bilet