20.10.2017 23:51

Azərbaycan Texnologiya Universiteti ilə Anlaşma Memorandumu

Aprelin 24-də Bakı limanı ilə Azərbaycan Texnologiya Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır. Memorandum elmi tədqiqatların aparılması və əldə olunmuş nəticələrin tətbiqi üçün lazımi şərait yaratmaq, universitetin tələbələrinin limanda təcrübə keçməsi üçün dəstək göstərmək, elmi tədqiqatların və qarşılıqlı ekspert yardımlarının nəticələrinin mübadiləsinə kömək etmək, birgə təlimlərin, seminarların, konfransların və digər tədbirlərin təşkilinə yardım etmək, innovativ təşəbbüslərin inkişafına və tərəflər arasında əməkdaşlığın digər istiqamətlərinə töhfə vermək məqsədi daşıyır. 17 oktyabr 2017-ci il tarixində Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetinin yüngül sənaye mühəndisliyi və logistika fakültəsində Bakı Limanının dəstəyi ilə Logistika Təlim-tədris Mərkəzi fəaliyyətə başlamışdır.

E-Bilet