Port of Baku

Limana xoş gəlmisiniz

Bakı Limanı Xəzər Dənizinin ən qədim və böyük limanıdır. Əsrlər boyu Bakı Limanı qədim İpək Yolu, eləcə də, Şimali Avropa və Rusiyanı Orta Şərq və Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşərək Şərq və Qərb arasında körpü rolunda çıxış etmişdir. Bakı Limanı yeni beynəlxalq dəniz və ticarət limanının tikinti işlərini 2017-ci ildə tamamlayacaq. Limanın hər il üzrə yükaşırma qabiliyyətinin 11.5 milyon ton yükə və 50000 konteynerə kimi artması gözlənilir və yüklərin əksər hissəsinin Çin, Mərkəzi Asiya və Avropa arasında daşınması planlaşdırılır.

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz

Burada Azad Ticarət Zonası haqqında ətraflı məlumat ala bilərsiniz

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu