Port of Baku

Azad Ticarət Zonası (ATZ)

Ələt qəsəbəsində yaranmaqda olan yeni Azad Ticarət Zonası (ATZ) beynəlxalq yük daşınma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqi, “Made in Azerbaijan” brendinin dünya üzrə tanınmasında müstəsna xidməti olacaqdır.  

Yeni Bakı Limanının (Ələt qəsəbəsi) da daxil olduğu ATZ ilkin mərhələdə 400 ha, daha sonra isə 1000 ha ərazidə yerləşəcəkdir. Burada əlavə dəyər yaradan istehsal və xidmətlərin yaradılması nəzərdə tutulubdur. Misal üçün neft-kimya, əczaçılıq, kənd təsərrüfatı, mebel istehsalı və s. sahələr üzrə istehsalat sahələrinin qurulması nəzərdə tutulub. 

Ümumiyyətlə, ATZ-nin regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu və 130 milyon insanın yaşadığı bir bazara xidmət göstərməsi planlaşdırılır. 2040-cı ilə qədər ölkə iqtisadiyyatının ÜDM-na kumulyativ təsiri (Cumulative impact to GDP) 57 milyard dollar səviyyəsində hesablanıb. 

Xatırladaq ki, 17 mart 2016-cı ildə cənab Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıbdır. 

Bu sərəncamlardan sonra 7 sentyabr 2016-cı ildə Birləşmiş Ərəb Əmirliklərinin tanınmış və həmin ildə illik gəliri 1 milyard ABŞ dollarına çatmış “DP World” şirkəti ilə müqavilə bağlanılıb. Dünya üzrə 78 terminala sahib “DP World” şirkəti Ələt ATZ-nin inkişaf planını hazırlayıb və cari ilin may ayının 23-də hökümətə təqdim edib. 

Cənab Prezident İlham Əliyevin 31 may tarixli sərəncamı ilə azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi üçün Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun rəhbərliyi altında işçi qrupu da təsis olunub.

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz