Port of Baku

Biznes və Xidmətlər

Bakı Limanında biz gələcəkdə sosial - iqtisadi dəyər yaratmaq üçün liman və logistika mərkəzinin rəqabətlilik və davamlı inkişafını təmin edirik. Bakı Limanı cəlbedici biznes şərtlərini təklif edən, səmərəli və uzun - müddətli tərəfdaşlıqların inkişafına diqqət yetirən platforma yaradacaq. Biz ekoloji baxımdan təmiz qurğular, investisiya, proses və prosedurların rahat həyata keçirilməsi üçün mükəmməl şərait yaratmağa sadiqik.

Biz aşağıda verilənləri nəzərdə almağı planlaşdırırıq:

  • Rəqabətli anbar qiymət dərəcələri və işləmə xidmətləri təklif edərək malların saxlanması və paylanması üçün liman əməliyyatlarının tranzit imkanlarının genişləndirilməsi.
  • Nəzərdə tutulan yük ilə iş bacarıqlarının inkişaf etdirilməsi
  • Kommersiya, işləmə xidmətləri, yük avtomobilləri ilə daşıma və saxlama kimi, yük əməliyyatlarının bütün aspektlərini əhatə edəcək bir pəncərə xidməti

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz