Port of Baku
HR

Karyera

İŞ TƏSVİRİ

 

VƏZİFƏ: Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

  • Keyfiyyət idarəetmə sisteminə aid olan prosedur, qayda, təlimat, qeyd formaları və digər sənəd layihələrinin hazırlanmasında, onların vaxtında və düzgün şəkildə tətbiq olunmasında iştirak etmək;
  • Keyfiyyət idarəetmə sisteminin  beynəlxalq standartlara uyğun şəkildə qiymətləndirilməsi üçün illik plana əsasən audit programlarının hazırlanmasında, plana uyğun olaraq daxili qiymətləndirmə üzrə tədbirlərin  həyata keçirilməsində iştirak etmək;
  • Keyfiyyət idarəetmə sisteminin Rəhbərlik tərəfindən analizi üçün zəruri olan məlumatların hazırlanmasında və sistemləşdirilməsi işində iştirak etmək;
  • Keyfiyyət idarəetmə sisteminin müvafiq  proseslərinin  icrası  və proses göstəriciləri ilə bağlı məlumatlar toplamaq, onları analiz etmək;
  • Keyfiyyət idarəetmə sisteminə aid sənədlərin dövri olaraq adekvatlığını yoxlamaq, aktuallığını qismən və ya tamamilə itirmiş sənədlərə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək, qüvvədə olmayan sənədlərin istifadə olunmasına nəzarət etmək;
  • İşin keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər vermək və keyfiyyətin artırılması üçün  zəruri tədbirlərin işlənib hazırlanmasında iştirak etmək.

  Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

 

Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır.

Təhsili: ali, ümumi ixtisas təhsilli

Yaş həddi : 25-35 yaş
İş təcrübəsi: müvafiq sahədə 2 il təcrübə

Proqram təminatı: MS Office

 

Bilməlidir:

 

  • İSO 9001 və 19011 standartlarının əsaslarını;
  • Müvafiq proseslərin, sənədlərin təhlil edilməsini, məlumatların konsolidasiya edilməsini;

 

 

 

 

Tələblərə cavab verən namizədlər mövzu yerinə “keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazmaqla 04.06.2018-ci il tarixinədək hr@portofbaku.com ünvanına şəkilli cv-lərini göndərə bilərlər. 

 

 

 

«Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC

Təcrübə Proqramı

 

SAHƏLƏR: İnsan resursları sahəsi, Keyfiyyətin idarəedilməsi, Satış və marketinq, Satınalmalar sahəsi, İnformasiya texnologiyaları sahəsi, Mühəndislik və mexanizasiya sahəsi, Elektrik və energetika sahəsi, Təlim sahəsi, Yükaşırma əməliyyatları sahəsi, Donanma və dəniz xidməti, Sənədlərlə iş

Ödənişsiz

Tələblər:

 

Dil bilikləri:    Azərbaycan – Sərbəst

                        İngilis dili – Yaxşı

                        Rus dili – Arzuolunandır

 

Təhsili: Minimum bakalavr (3-cü kursu bitirən tələbələr)

Kompüter bacarığı: MS proqramlarında işləmə bacarığı

 


Digər səriştəlikləri:

  • Ünsiyyətcil
  • Təşəbbüskar
  • Öyrənməyə və inkişafa meyilli

 

 

İş yeri: Baş ofis: Üzeyir Hacıbəyov küç 72 və Əsas yük terminalı (Bulvar)

İş qrafiki: Baş ofis saat 09:00-18:00, terminal saat 08:00- 17:00

Təcrübə müddəti: 2018 iyul-sentyabr

 

Təcrübə proqramını uğurla bitirmiş hər bir şəxsə sertifikat təqdim edilir.

Eyni zamanda təcrübə proqramını uğurla başa vurmuş şəxslərə işə qəbul zamanı üstünlük verilir.

 

 

Maraqlananlar aşağıdakı linkdən www.hubit.az/hr qeydiyyatdan keçə bilərlər. 

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz