Port of Baku

Korporativ Sosial Məsuliyyət

Biznes sahəsində nailiyyətlərin təşkilati uğurun yeganə amili olmadığını anlayaraq, Bakı Limanı öz təşkilatının icmanın cəlbi və ətraf mühitin dayanıqlığına müsbət təsirinin də qayğısına qalır. Bakı Limanında biz öz həmkar və tərəfdaşlarımızı sosial məsələlərdən xəbərdar olmağa ruhlandırır, icma layihə və fəaliyyətləri sahəsində təşəbbüslər göstərir və onlarda iştirak edirik. Təhsil və cəmiyyətə töhfə verilməsi bizim korporativ sosial məsuliyyət siyasətinin təməl sütunlarından biridir. Bunu nəzərə alaraq, 2015-ci ildə biz gənc və istedadlı tələbələrə Liman barədə daha çox şey öyrənmək, öz bilik və bacarıqlarını artırmaq imkanı verən İnternatura Proqramının həyata keçirilməsinə başlamışıq. Liman idarəetməsi, logistika və təchizat zənciri idarəetməsi sahəsində peşəkarlara təlim keçmək üçün biz Azərbaycanın aparıcı universitetlərindən biri olan ADA Universiteti ilə tərəfdaşlıq qurmuşuq. Həmçinin, Bakı Limanı müxtəlif müsabiqə və yarışlar keçirməklə, icma ilə müntəzəm qarşılıqlı təsirdə olur. 
Ətraf mühitin dayanıqlığı bizim korporativ sosial məsuliyyət siyasətimizin digər vacib təməl sütunudur. Biz ən son innovasiyalı ətraf mühit təcrübələrindən istifadə edərək, Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzinə çevirməyi planlaşdırırıq. Bu cür təkmilləşdirmələr aşağı verilmiş mühüm sahələri əhatə edəcək: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyəti, habelə davamlı biznes təcrübələri. 

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz