Port of Baku

ATZ

Azərbaycanın sərhəddaxili və quru limanlarından fərqli olaraq yeni Azad Ticarət Zonası (ATZ) beynəlxalq multimodal daşıma sistemində və Azərbaycandan keçən Avrasiya təchizat zəncirində aparıcı rol oynayacaq. Dayanıqlı yerli və regional logistika şəbəkəsi, eləcə də, logistika bazarı Ələt liman layihəsi üçün sağlam əsas təmin edəcək.

Liman Avropa və Asiya bazarlarına xidmət göstərərək, eləcə də, Avropa və Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsi olmaqla Xəzər dənizi regionunda əsas logistika qovşağı kimi çıxış edəcək.  ATZ xüsusi iqtisadi zonanın bir hissəsi kimi Yük Avtomobilləri Dayanacağı, Beynəlxalq Logistika Mərkəzi və Yerli Logistika Mərkəzi kimi bir sıra komponentləri əhatə edir.

ATZ 100 hektarlıq ərazini əhatə edən yeni liman daxilində yerləşir. Yeni Liman Azərbaycanda Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirən əsas dəmiryolu kəsişməsində tikildiyindən, ATZ-da dəmiryoluna çıxış olacaq.  Multimodal tranzit logistika qovşağı kimi xidmət göstərən yeni liman və ATZ regionda geniş spektrli əlavə dəyər xidmətləri təmin etməklə Mərkəzi Avrasiyanın konsolidasiya və paylama xidmətləri göstərən əsas mərkəzinə çevriləcək. Başqa sözlə desək, Ələtdə inşa ediləcək ATZ təchizat zəncirində bir nöqtə kimi çıxış etmək əvəzinə, Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, cənubi Rusiya və Türkiyənin çoxşaxəli bazarlarına xidmət göstərməklə konsolidasiya, konsentrasiya və paylama xidmətləri üzrə regionun əsas mərkəzinə çevrilir . Bundan əlavə, Xəzər dənizi regionunun ən böyük logistika zonası olmağa çalışan ATZ regionda əsas çoxşaxəli paylama qovşağı kimi çıxış edərək öz sakinlərinə və beynəlxalq müştərilərə hərtərəfli logistika xidmətləri təklif edir. Əksər istehsalçıların, hal-hazırda, öz məhsullarına son toxunuşu (məsələn istehlakçı bazarına yaxın ərazidə yerləşən ATZ kimi paylama mərkəzlərində) etməyə üstünlük verdiyini nəzərə alaraq ATZ-da əlavə dəyər logistika xidmətlərinin təmin edilməsi daha cəlbedici faktor kimi çıxış edir. Bu zona Ələtdə yerləşən Bakı Limanı və Azərbaycan üçün qeyri-neft ticarətini canlandırmaqla yanaşı limanı idxal/ixrac, tranzit daşıma və logistika kimi üç əsas xidmətlər sahəsində regionun logistika liderinə çevirəcək. 

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz