Port of Baku

Faktlar və Rəqəmlər

2017-cı ilin I yarım illiyində Bakı Limanında bütün istiqamətlər üzrə artım qeydə alınıb. Ümumi yükaşırmanın (neft məhsulları xaric) həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 43,5%-ə qədər artaraq 1900  ton təşkil edib. Yükaşırmanın 89%-i tranzit yükaşırmanın payına düşüb.

Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 35,2% artaraq 21775 ədədə çatıb. Vaqonların 10041 (46.1%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 5773 vaqon (26.5%) Bakı-Aktau-Bakı istiqamətində, 5961 vaqon (27.4%) isə cari ilin mart ayında istifadəyə verilmiş Kurik limanından, başqa sözlə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə (Türkmənistan, Qazaxıstan) sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 50%-ə qədər artaraq 14478 nəfər olub.

Eyni zamanda nəzərəçarpacaq artım təkərli texnikanın xüsusən də, iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 53.7% artaraq 16204 ədəd iri həcmli və digər nəqliyyat vasitəsi təşkil edib. Bunlardan 10154 ədədi (62.7%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 6050 ədədi (37.3%) Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.

Statistik Icmalla buradan tanış ola bilərsiniz. 

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz