Port of Baku

Bərə Terminalı

Bərə Terminalı Ələtdə yerləşən Yeni Limanın qərbində, liman girişinin cənub hissəsində yerləşir. Bərə Terminalı hər iki tərəfində lövbəri olan mərkəzi yanalma körpüsünün də daxil olduğu qoşa yanalma körpülərindən ibarətdir. Qatar vaqonları və yük maşınları daşıyıcı bərələrə bağlayıcı aşırımlar vasitəsilə yanaşır və hər qoşa körpü üzərində layihələndirilən yerüstü giriş körpüsü sərnişinlərin gəmilərə keçməsini təmin edir. Bərələr əsasən qatar vaqonlarını, yük maşınlarını və avtomobilləri daşıyır. Qatarlar üçün gözləmə cığırı hər yanalma körpü cütünün sahil ərazisində, yük maşınları və avtomobillər üçün dayanacaq isə dəmiryolu cığırının hər iki tərəfində yerləşir. Mövcud iki mərtəbəli qatar bərələrə xidmət göstərmək məqsədilə hər yanalma körpüsü üçün təmin edilmiş dörd bərə gözləmə cığırı ümumi uzunluğu 364 metr olan iyirmi altı vaqon tutumuna malik olacaq. Uzunluğu 400 metr olan nominal bərə gözləmə sahəsi də layihəyə daxil edilmişdir. Bərə Terminalının ümumi tutumu hər il üçün 288, 000 TEU konteyner və ya 5.9 milyon ton yükdür. 

Terminalda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Bərə Terminalına məxsus 13 bərə vardır. Bərələrin tutumu və texniki göstəriciləri barədə daha ətraflı məlumat əldə etmək üçün buranı klikləyin.

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz