Port of Baku

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət, eləcə də, dayanıqlı biznes təcrübələri. Yaşıl limanlar və logistika mərkəzləri yüklərin paylanması, o cümlədən materialın idarə edilməsi (saxlanması və paketlənməsi), tullantıların idarə edilməsi, fiziki paylaşdırma kimi əməliyyatların ekoloji və enerji nəticələrinin azaldılmasına yönələn fəaliyyətlərin həyata keçirildiyi sahələrdir. Layihənin üstün cəhətlərinə istifadəçilər üçün iri həcmli əməliyyat və iqtisadi səmərəlilik, ekoloji təkmilləşmə (su və istixana qazları kimi hava çirkləndiricilərinin azalması) imkanlarının verilməsi və Bakı Limanı xidmətlərinə olan tələbatın artmasına təkan verilməsi daxil olacaq.

Ələtdə tikilən Yeni Liman karbon tullantılarının həcmini azaldan müxtəlif təsirli texnologiyalar tətbiq etməklə Yaşıl Liman statusunu əldə etməyə çalışır və bu məqsədlə materialdan yenidən istifadə, təkrar emal və gübrələşdirmə vasitəsilə liman əməliyyatlarının tullantılarını azaltmağa yönəlmiş proqram tətbiq edəcək. Liman əməliyyatlar zamanı yaranmış bütün tullantıların idarə edilməsi, emalı və kənarlaşdırılmasına imkan yaradacaq tərzdə layihələndirilmişdir. Liman ərazisində müvafiq tullantıların emalı qurğuları və avadanlıqları quraşdırılmalıdır. 

Yaşıl zonalar sahil boyunca və manevr sahəsi ətrafında limanın şimal və qərb hissəsində yaradılacaq. Bu zonalar təbii yarımsəhra landşaft üzrə müsbət təsir ilə nəticələnən torpağın zənginləşdirilməsi və yerli mikroiqlimin saxlanılması işlərinə yönəlmişdir. Tikililərin damlarında toplanan yağış sularından bu estetik landşaftları inkişaf etdirmək və sulamaq üçün istifadə ediləcək. 

Uzunmüddətli məqsədlər çərçivəsində resursların mühafizəsi, tullantıların azaldılması və çirklənmənin qarşısının alınması ilə davamlı ekoloji, sosial və iqtisadi mənfəət əldə etmək üçün Yaşıl Liman proqramı hazırlanacaq. Bu proqram aşağıda sadalanan komponentlərdən ibarət olacaq

Birinci komponent: Ekoloji planlaşdırma və strategiya

Bu komponent liman və Azərbaycandan keçən yük nəqliyyat vasitələrinin digər növləri üçün səmərəli ekoloji tədbirlərinin icrası prosesinin müəyyən edilməsi, prioritetləşdirilməsi və planlaşdırılması üçün imkanların genişləndirilməsinə töhfə verəcək. Eyni zamanda, bu komponent əsas liman və logistika əməliyyatlarını, o cümlədən yükgöndərmə, yük avtomobilləri ilə daşınma, dəmir yolu ilə daşınma, anbarlar, soyutma sistemi, paketləmə, yük daşıma avadanlıqları, kiçik gəmilər, işçilərin nəqliyyat vasitələri, tikili və elektrik təchizatını əhatə edərək kompleks yanaşma özündə ehtiva edir.

İkinci komponent: Aşağı karbonlu fəaliyyətin təşviqi

Bu komponent Bakı Liman rəhbərliyinə Ekoloji İnkişaf və Logistika Strategiyasını icra etməkdə, o cümlədən liman və logistika fəaliyyətlərinə geniş miqyaslı ekoloji investisiyalar qoyulmasına köməklik göstərəcək. Bu komponent, eyni zamanda, müxtəlif liman istifadəçilərinə həyata keçirdikləri əməliyyatların karbon tullantılarını azaltmaq üçün vasitə təmin edir. 

Üçüncü komponent: Milli ekoloji və Replikasiya Siyasəti

Bakı Limanında layihə fəaliyyətlərindən əldə olunan təcrübə ölkənin digər yerlərində tətbiq və təkrar ediləcək. Bu komponent adıçəkilən siyasətin hazırlanması və qəbulu prosesində yerli idarəetmə orqanlarına köməklik göstərəcək, o cümlədən müvafiq yerli strategiyaların tətbiqinə təsir göstərəcəkdir. 

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz