Port of Baku

Sağlamlıq, Təhlükəsizlik və Ətraf mühit Siyasəti

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC olaraq, bizim əsas məqsədimiz mövcud yerli və beynəlxalq qaydalara əsasən, əməliyyatlar zamanı icma üzvləri, insanların sağlamlıq və əmlakı, avadanlığı, yükü və ətraf mühitə zərər vurmadan təhlükəsiz iş mühiti yaratmaqdan ibarətdir.

Bu siyasət insanların təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, fəaliyyətimizin müvəffəqiyyətlə inkişafı, genişlənməsi, həmçinin əməkdaşlıq edən tərəflərin maraqları əsasında yaradılmışdır.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Cəmiyyət) olaraq biz inanırıq ki, bütün hadisələr qarşısı alınandır və əməyin təhlükəsizliyi bütün işlərin əvəzolunmaz tərkib hissəsidir.

Biz hesab edirik ki, fəaliyyətimiz zamanı ətraf mühitin mühafizəsini təmin etmək bizim əsas vəzifələrimizdən biridir və məqsədimiz əməkdaşlarımıza, eləcədə liman istifadəçilərinə təhlükəsiz istehsalat mühiti təmin etməkdir.

Bu cür yanaşma bizim prosedurlar, qaydalar və proqramlarla tənzimlənir.

Cəmiyyətin əməyin təhlükəsizliyinə baxışı:

Cəmiyyətin əsas məqsədləri effektiv əməyin təhlükəsizliyi mədəniyyətini yaradıb, istənilən növ xəsarətlərdən azad və ətraf mühitə zərərsiz iş mühiti yaradaraq Avrasiya regionunun logistika qovşağına və aparıcı limanlarından birinə çevrilməkdir. 

Əməyin təhlükəsizliyi fəlsəfəsi:

  • Bütün hadisələrin və xəsarətlərin qarşısı alına biləndir;
  • Biz təhlükəsizliyin yüksəldilməsinə təşəbbüs göstərməliyik;
  • Təhlükəsiz işləmək hər işin şüarı və hər kəsin məsuliyyəti olmalıdır.

İdarə prinsipləri:

Cəmiyyət qarşıya qoyulmuş məqsədlərə və yuxarıda göstərilmiş prinsiplərə çatmaq üçün:

  • Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemini quraraq daim inkişaf etdirir;
  • Yerli qanunvericiliyin bütün tələblərinə cavab verərək əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartların bütün aspektlərinə riayət edir;
  • İnsanlara və ətraf mühitə təhlükə yaradan, eləcədə uğurlu fəaliyyətimizə neqativ təsir göstərən hər hansı bir qəza ilə nəticələnə biləcək əmələ qarşı “sıfır dözümlülük” siyasəti aparır.

 

Bu siyasət ildə bir dəfədən az olmamaq şərti ilə baxışdan keçirilməlidir.

Bütün əməkdaşların və podratçıların aktiv iştirakı və səyləri sayəsində biz SƏTƏM  siyasətinin tələblərini təmin etməyi özümüzə ən ümdə məqsəd bilirik.

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz