Port of Baku

Tarix

Bakı limanı Xəzər dənizinin ən qədim limanı olub,  Azərbaycanın dövlət quruculuq tarixinin bir çox mərhələsində mövcud olmuşdur. Əsrlər boyu, Bakı limanı  qədim İpəkyolu , eləcə də, Şimali Avropa və Rusiyanı Orta Şərq və Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşərək Şərq və Qərb arasında nəqliyyat dəhlizi kimi çıxış etmişdir.  Daha sonra bu marşrut Rusiya, Avropa, Hindistan və digər ölkələrdən olan xarici tacirlər tərəfindən istifadə edilib.

Önəmli inkişaf mərhələləri

1564 -  Dəniz ticarətinin ötən əsrlərdə də, Bakı şəhərinin əsas fəaliyyət istiqamətlərindən olmasına baxmayaraq, əsaslı rəsmi tarixi istinadlar 1564 - cü ilə gedib çıxır. Səfəvi İmperatoru Şah I Təhmasibin 1564 -cü il fərmanı ilə, Şeyx Zahid Bakı limanının birinci naziri kimi təyin olundu.
1854- 1854 sentyabr ayının 17-sində Rus çarı I Nikolayın fərmanına əsasən, Bakı limanı Bakı limanı hərbi dəniz limanına çevrildi. O gündən bəri, Bakı limanı təkcə ticarət limanı kimi deyil, həmçinin  dəniz sərhədlərinin xarici müdaxilələrdən qorunması üçün  hərbi mərkəz kimi fəaliyyət göstərməyə başladı.

1902 - Müasir Limanın inşası XIX əsrin ortalarında Rus İmperiyasının rəhbərliyi altında başlamış və  1902-ci il iyunun 21-də özünü idarə edən liman kimi  rəsmi şəkildə tanınmışdır. Bu,  yük daşıma və sərnişin hərəkəti vasitəsi kimi, dünyanın qabaqcıl limanları arasında olub, Rusiya imperiyasının ən böyük yük daşıma və sərnişin nəqliyyatı limanı idi.

1923 – 1924-cü illərdə Bakı Limanından həyata keçirilən ticarət həcmi Sovetlər İttifaqı üzrə ümumi yük həcminin 27.3 %-ni təşkil etmişdir. Bu, Bakı Limanını Sovetlər İttifaqının aparıcı limanına çevirmişdir.
1963 - 1963-cü ildə yeni bərə terminalı işə salınmış, daha sonra sərnişinlər üçün xidmət körpüsünün inşasına başlanılmışdır.

1972 - yeni bir sərnişin terminalı binasının tikinti işləri tamamlandı.Müstəqilliyin qazanılmasından sonra, Azərbaycan Respublikası qonşuluqda olan ölkələrlə sıx iqtisadi əlaqələr əsasını qoymağa başladı.

2014 –  22 sentyabr 2014-cü il tarixində Prezident İlham Əliyev Ələtdə Yeni Bakı limanının tikintisinin açılış mərasimində iştirak etmişdir.

2015 -  18 mart 2015- ci ildə Bakı limanı Prezident İlham Əliyevin fərmanı ilə bərpa olunmuş və səhmdar cəmiyyətinə ( QSC)  çevrilmişdir.

2018 – 9 yanvar 2018-ci ildə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt şəhərində Bakı limanın Ro-RO terminalının açılışını etdi.

2018 –  14 may 2018-ci ildə Ələtdə yeni Bakı Limanının  açılış mərasimi keçirildi.

 

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz