Port of Baku

Beynəlxalq Əməkdaşlıq

Avrasiya üçün regional nəqliyyat və logistika mərkəzinə çevrilmək məqsədi daşıyan beynəlxalq liman olaraq, Bakı Limanı müxtəlif beynəlxalq təşkilatlar və xarici liman orqanları ilə fəal əməkdaşlıq edir. İpək Yolu layihəsinin tərkib hissəsi kimi, biz Çindən Avropayadək müasir İpək Yolu üzərində yerləşmiş ölkələr arasında daha sıx əməkdaşlığa nail olmaq üçün müxtəlif beynəlxalq tədbir və konfranslarda iştirak edirik. Bakı Limanı 2010-cu ilin 22 aprel tarixindən Beynəlxalq Limanlar Assosiasiyasının (BLA) üzvüdür. Biz orta-müddətli liman və dünya limanları konfranslarında fəal iştirak edir və BLA - nın orta - müddətli liman konfransına Azərbaycan Respublikası, Bakı şəhərində ev sahibliyi etməyi planlaşdırırıq.

Bakı Limanı Aktau Limanı, Batumi Dəniz Limanı və Antverp Limanı kimi müxtəlif liman orqanları ilə Anlaşma Memorandumları da imzalamışdır. 2015-ci ilin 24 iyul ayında Bakı Limanı, Batumi Dəniz Limanı və Aktau Limanı arasında məqsədi TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Əlaqələndirmə Komitəsinin təsis edilməsi və TransXəzər Nəqliyyat Dəhlizi vasitəsilə əlavə yük axınlarını cəlb etməkdən ibarət olan üçtərəfli Anlaşma Memorandumu imzalanmışdır. Bu Anlaşma Memorandumunun nəticəsi kimi, Bakı Limanı 2015-ci ilin noyabr ayında Chongqing, Kiyev, İstanbul və Vilnyusda keçirilmiş TBNM yol sərgisində iştirak etmiş və həmçinin liman orqanlarının Birgə Komitəsinin üzvü kimi, Xəzər dənizinin sahilyanı dövlətlərinin regional əməkdaşlığına fəal cəlb olunmuşdur.

Bakı Limanı həmçinin, Avropa limanları ilə tərəfdaşlığa fəal cəlb olunmuşdur. 2015-ci ilin 15 iyul tarixində Bakı Limanı Avropanın ən böyük limanlarından biri olan Antverp Limanı ilə Anlaşma Memorandumu imzalamışdır. Onların hər ikisi limanlar arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, hüquqi-tənzimləmə çərçivələrinin təkmilləşdirilməsi, nəqliyyat və logistika ilə bağlı əməliyyatların mənfəətliliyinin yüksəldilməsi və Avropanın liman idarəetmə standartlarına cavab verəcək yeni idarəetmə strukturlarının tətbiqinə dair razılığa gəliblər. Tərəflər həm də liman qurğularının enerji səmərəliliyinin yaxşılaşdırılması və Yaşıl Liman konsepsiyası çərçivəsində Bakı Limanında bərpa oluna bilən enerji mənbələrindən istifadə üzrə əməkdaşlığa dair razılığa gəliblər.  

Bakı Limanı həmçinin, Azərbaycan Respublikasına akkreditasiya olunmuş xarici ölkələrin səfirlikləri ilə də fəal əməkdaşlıq edir. Təkcə 2015-ci il ərzində Ələtdəki Bakı Limanı İtaliya, Litva, Rumıniya, Ukrayna, Çin və Türkiyə, Avropa Birliyi və, ABŞ Ticarət Palatasının nümayəndə heyətləri və digər rəsmilər də daxil olmaqla, müxtəlif Avropa və Asiya ölkələrinin təxminən qırxa yaxın səfirliklərinin təmsilçilərinə ev sahibliyi etmişdir.    

Azərbaycan BMT-nin müxtəlif hökumətlərarası komitələrinin işində fəal iştirak edir. Liman sənayesində Azərbaycan Respublikasının rəsmi nümayəndəsi kimi, Bakı Limanı həmçinin, UNESCAP-ın Quru Limanlar üzrə İşçi Qrupunun üzvüdür. Bu İşçi Qrupunun məqsədi quru liman qurğularının təkmilləşdirilməsi və quru limanlara daha çox investisiya cəlbi sahəsində əməkdaşlıq edir.

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz