Port of Baku

Lisenziya

ISO

Biz ISO 9001:2008 beynəlxalq standarta müvafiq olaraq qəbul edilmiş və təsdiqlənmiş effektli Keyfiyyətin İdarə Edilməsi Sisteminə nail olmağa çalışırıq. Bizim məqsədimiz müştərilərimizin ehtiyaclarını bütün aspektlər baxımından yüksək səviyyəli standartlar vasitəsilə qarşılamaqdan ibarətdir. 

Ən keyfiyyətli xidmətləri təqdim etmək üçün biz yüksək səviyyəli iş nümayiş etdirən səriştəli və yüksək motivasiyalı işçi qüvvəsi yaratmaq niyyətindəyik. Bu istiqamətdə ümumi hədəfimiz üzrə məntiqi ardıcıllığı və etibarlılığı təmin etmək məqsədilə cəmiyyətin işçi heyətinə cəmiyyətin strateji hədəfləri, dəyərləri və gözləntiləri barədə məlumat verilir. 

Biz yüksək keyfiyyət standartları, istehlakçı spesifikasiyaları və cəmiyyətin Keyfiyyət Siyasətinin tələbləri ilə müvafiqlik təmin etməklə liman xidmətlərinin keyfiyyətini davamlı olaraq təkmilləşdirməyə çalışırıq. 

Bizim əsas dəyər prinsiplərimizə daxildir: 

  • Hər bir müştərinin xüsusi ehtiyaclarını yüksək səviyyədə qarşılamaq;
  • Müştəri məlumatlılıq və məmnunluq səviyyəsini artırmaq;
  • Hökumət, müştərilər və şirkətlər arasında qarşılıqlı inam və etibarı gücləndirmək; 
  • Bizim xidmət və fəaliyyətimizi tənzimləyən və nəzarət edən sistemləri yeniləmək və monitorinq keçirmək;
  • Müəyyən yazılı prosedurları, öhdəlikləri və imkanları daimi təkmilləşdirmək;
  • Keyfiyyətə nəzarət prosesində uyğunsuzluqlar, uğursuzluqlar, səhvlər, çatışmazlıqlar və digər problemləri davamlı olaraq idarə, nəzarət və müəyyən edən sistemləri təkmilləşdirmək; 
  • Bakı Limanının strateji məqsədlərini daha yüksək səviyyədə həyata keçirmək üçün əməliyyatlarda daha effektli və səmərəli metodlardan istifadə etmək. 

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz