Port of Baku

Keçid və İcazələr

Qısa-müddətli Keçid

Uzun - müddətli keçid olmadan limana daxil olmaq üçün verilən qısa - müddətli keçid maksimum 24 saatlıq müddət üçün etibarlı olmaqla, giriş məntəqəsindən alınmalıdır. Ərizəçi şəxsiyyət vəsiqəsi ilə Keçid Ofisinə yaxınlaşmalı və ərizə formasını doldurmalıdır. Sürücülər öz şirkət və son təyinat məntəqələrinin adlarını qeyd etməlidirlər. Ərizə daha sonra təsdiq üçün aidiyyatı liman orqanlarına göndərilir və qısa - müddətli keçidə dair qərarlar bir saat ərzində verilir.

Növbədə dayanma üçün sərf olunan vaxtı minimallaşdırmaq üçün biz sizə limana gəlməzdən əvvəl onlayn müraciət etməyi məsləhət görürük.

Ziyarətçi Keçidi

Liman ziyarətçiləri giriş məntəqəsində qısa formanı dolduraraq şəxsi məlumatları və ziyarətlərinin məqsədini açıqlamalıdırlar. Ziyarətçilər həmçinin, limanı tərk edənə kimi, öz şəxsiyyət vəsiqələrini Keçid Ofisində tərk etməlidirlər. Daxil olmazdan əvvəl bütün ziyarətçilərə SƏTƏM barədə Qısa instruktaj verilməlidir. Onlara bütün zamanlarda görülə bilən ziyarətçi nişanı verilir.

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz