Port of Baku

Sahəyə Səfər

Sahəyə Səfər üçün Müraciət

Bakı Limanına səfər üçün müraciətlər Bakı Limanında İctimaiyyətlə Əlaqələr Şöbəsində təsdiqlənir (012 480 40 06 / office@portofbaku.com).

Limana səfər telefonla ən azı iki həftə öncədən təşkil edilməli və ondan sonra emaillə yazılı təsdiqlənməlidir. Limana hər gün səhər və günorta səfər etmək olar. Ekskursiya təxminən bir saat ərzində təşkil edilir və bu zaman ərzində peşəkar bələdçi ziyarətçilərə Bakı Limanının quruluşu, strategiyası, işi və planları barədə təfərrüatlı məlumatlar verir.

Gələcəkdə Bakı Limanı avtobus və qayıqlarla fərdi və qrup səfərləri təklif etməyi planlaşdırır. 

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz