Port of Baku

Strategiya və Biznesin İnkişafı

Perspektiv məqsəd

Bakı Limanının böyük mərkəzə çevrilmək məqsədinə dəniz limanı, hava limanı, logistika mərkəzləri, neft - kimya sənayesi və xüsusi hüquqi rejim çətiri altında digər strateji nəqliyyat və layihələri bir-biriləri ilə əlaqələndirəcək inteqrə edilmiş inkişaf modeli daxildir.

Azərbaycanın mərkəzə çevrilmə strategiyasının çərçivəsi qeyri - neft sahəsinə yatırımlar edəcək investorlar və layihəçiləri Azərbaycana gətirəcək cəlbedici və rəqabətli biznes mühiti yaratmaqdan ibarətdir. Buna isə ancaq hökumətin zəruri texniki və tənzimləmə bacarıqları ilə yanaşı, layihəyə yüksək səviyyəli siyasi dəstək verməklə, siyasi - iqtisadi sabitlik mühitində nail olmaq mümkündür.   

Ələtdəki Yeni Liman zona sakinləri və beynəlxalq müştərilər üçün hərtərəfli logistika xidmətləri təklif etməklə və mühüm regional çox nəqliyyat növlü paylama mərkəzi kimi xidmət göstərməklə, Xəzər dənizi regionunda ən böyük "sənaye / logistika zonası"na çevriləcək.

Bu ərazidə limanı genişləndirməyin məqsədi yeni bölgələrdən daha çox yük cəlb etmək, onlar üçün mühüm idxal və tranzit yük keçid məntəqəsi təmin etməkdir.

 

Biznes Strategiyası

Layihənin Birinci Mərhələsini Azərbaycan Respublikası Hökuməti maliyyələşdirəcək. Layihənin sonrakı mərhələləri alternativ və ya əlavə maliyyələşdirmə mənbəyi kimi, özəl sektora müraciət etməklə Hökumətin qəbul edəcəyi dövlət - özəl tərəfdaşlıq (DÖST) modeli əsasında maliyyələşdirilə bilər. DÖST (və ya BOT) modellərindən istifadə edilməsi böyük beynəlxalq firmalarla birgə müəssisələr yaratmaqla yerli liman və logistika sahəsində özəl sektorun bacarıqlarını inkişaf etdirməyin bir üsuludur. Bu yolla şaxələndirməyə liman və logistika zonasında kommersiya fəaliyyətlərinə şərait yaradaraq iqtisadiyyatın daha da rəqabətli edilməsi yolu ilə nail olmaq mümkündür.  Həmçinin, bu, mal göndərən və mal alanlarla konteynerlərə texniki xidmət, konteynerlənmiş və tək yüklə işləmə, yük avtomobil xidmətləri, boş konteynerin saxlanması, yük göndərişi, təchizat zəncirinin idarə edilməsi, anbara yerləşdirmə və paylama xidmətləri kimi yardımçı liman xidmətlərinə təkan verəcək.

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz