Port of Baku

Ələtdə Yeni Liman

Əlverişli mövqe

 

Ələtdə yerləşən yeni liman ölkəni qərblə (Türkiyə və Aİ), cənubla (İran və Hindistan) və şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağıdır. Azərbaycanın rayonlarına yaxın ərazidə yerləşməsi əlverişli qovşaq kimi bu limanın regionlar ilə əlaqə qurmaq imkanını artırır və beləliklə daşınan yüklərin həcmi artır. Bundan əlavə, yeni limanın yerləşdiyi ərazi ölkənin daxili rayonlarını birləşdirən mövcud avtomobil və dəmiryolları ilə kəsişir.

Azərbaycan daxilindən keçən üç beynəlxalq dəmiryolu xətti məhz Ələtdə kəsişir:

• Bakıdan Rusiyaya keçərək şimal-qərbə doğru uzanan dəmiryolu xətti 

• Gürcüstan, Qara dəniz sahilləri və Türkiyədən keçərək qərbə doğru uzanan dəmiryolu xətti.

• Cənuba və İran sərhədinə doğru uzanan dəmiryolu xətti.

 

Birinci faza

 

Yeni liman 10.000 tonluq tutuma malik 150-160 metrlik bərə və Xəzər dənizində xidmət göstərən digər növ gəmilərə xidmət göstərmək imkanına malikdir. Yük dövriyyəsi artan zaman yerləşdiyi məkan limana müxtəlif yük seqmentləri (dəmiryolu bərələri, ümumi yük, konteyner və blok)üçün bütün növ qurğuların geniş modullarını təklif etməyə imkan yaradır. 

Ələtdə liman kompleksinin tikintisinin birinci fazası bərə terminalı, ümumi yük körpüsü, Ro-Ro körpüsü, xidmət körpüsü, dəmiryolu xətləri, müxtəlif inzibati binalar, gömrük məntəqəsi, açıq saxlama sahəsi, anbarlar, konteyner meydançası, körpülərə dəmir və avtomobil yol yanaşmaları, Ro-Ro rampası, sərnişin xidmət binası, ağır yüklərin yerləşmə sahəsi və  yük maşınlarının dayanacaq sahəsinin tikintisini əhatə edir. 

Birinci faza üzrə layihə tamamlama tarixi üç mərhələyə bölünmüşdür. Birinci mərhələ - bərə (dəmiryolu) terminalının tikintisi 2014-cü ilin sentyabr ayında tamamlanmışdır; ikinci mərhələ - Ro-Ro körpüsünin tikintisi 2016-cı ildə, qalan işlərin isə 2017-ci ildə tamamlanması planlaşdırılır. Birinci faza üzrə ümumi işlərin 60%-i tamamlanmışdır.

Körpülərin uzunluğu aşağıdakı kimidir:

  • Ümumi yük körpüsü – 650 m (4 körpü)
  • Ro-Ro körpüsü – 300 m (1 körpü)
  • Xidmət körpüsü – 450 m (çoxlu sayda körpü)

Körpülərin dibdərinləşdirmə işləri Xəzər dənizi səviyyəsindən -7 m -ə kimi aparılmışdır.

Azərbaycan və Avropa və ya Mərkəzi Asiya (Çin və Asiyanın digər ölkələrinə) arasında olan birbaşa tranzit dəmiryolu yükaşırmaları Bərə (dəmiryolu) Terminalı ilə həyata keçirilir. Hal-hazırda, konteynerlər çatdırılacaq ünvana dəmiryolu platforması ilə nəql edildiyi halda (boşaltmadan və konteyner gəmisinə yükləmədən) bu konteynerlər birbaşa olaraq dəmiryolu platformasına yönləndirilir və bu zaman yeni limanın Bərə Terminalından istifadə edilir. Konteynerlər dəmiryolu platformasında boşaldıldığı və daha sonra müəyyən edilmiş konteyner gəmisinə yükləndiyi halda, bu gəmilər Bakının mərkəzində yerləşən köhnə limana yanaşırlar. Birinci fazanın tamamlanması ilə müxtəlif tipli bütün əməliyyatlar yeni Ələt Limanından həyata keçiriləcək.

Birinci fazanın tamamlanması ilə Yeni Ələt Limanın ümumi yükaşırma imkanı artaraq 10-11.5 milyon tona qədər yük və 40,000–50,000 TEU-ya qədər konteyner olacaq.

 

İkinci və Üçüncü Faza

 

Yeni Liman ərazisinin genişləndirilməsi potensial yük artımı və müxtəlif biznes sahələrinin inkişaf sürəti ilə əlaqədardır. Başqa sözlə desək, ikinci və üçüncü mərhələ üzrə tikinti işlərinə başlanılması barədə qərarın verilməsi mövcud yük həcmlərindən asılıdır. Ümumilikdə, bu növbəti mərhələlər genişləndirmə işlərinə özəl şirkətin investisiya qoyduğu, tikdiyi və istismar etdiyi İÖƏ (ictimai-özəl əməkdaşlıq) və ya (Tik-İşlət-Ötür) əməkdaşlıq modelinə uyğundur.

Üç mərhələ üçün proqnozlar aşağıdakı kimidir:

Birinci mərhələ: 10–11.5 milyon ton yük + 40,000–50,000 TEU konteyner;

İkinci mərhələ: 17 milyon ton yük + 150,000 TEU konteyner;

Üçüncü mərhələ: 21–25 milyon ton yük + 1 milyon TEU-ya qədər konteyner.

 

Müasir sistemlər

 

Yeni Limanda resursların intellektual planlaşdırılması, terminal əməliyyat sistemlərinə nəzarət və monitorinq keçiriləcəkdir. Bu, limanın yükaşırma qabiliyyətini davamlı olaraq yüksək səviyyəyə gətirilməsi və saxlanılması üçün resurslardan səmərəli istifadə edilməsinə imkan yaradacaq və nəticədə yüklərin sürətlə göndərilməsi baş tutacaq.

Liman istənilən perimetrin pozulmasının qarşısını alan ən son nəzarət və müdaxilə müəyyən etmə texnologiyası ilə təchiz edilmişdir. Yüksək səviyyəli mühafizə və dəqiqlik ilə əldə olunan işçi heyətin və resursların sərhəd və perimetrinin mühafizəsinə imkan yaratmaq məqsədilə giriş nəzarət sistemlərindən də istifadə ediləcək. 

 

TIR Yük maşınları mərkəzi

 

Bu qurğu Yeni Ələt Limanında yük maşını istifadəçilərinin ixtiyarında olacaq. Bu qurğu yük maşınlarının heyəti üçün nəzərdə tutulmuş ofislərdən, otel ilə birgə istirahət ərazisindən, yük maşınlarına xidmət göstərmək üçün yuyulma və yanacaq doldurma məntəqəsindən,  o cümlədən yük maşını heyətinin ehtiyaclarını təmin etmək və öz vəzifələrini təhlükəsiz və səmərəli şəkildə icra etmələri üçün yük maşını sürücülərinin yüksək səviyyədə istirahət etdiyindən əmin olmaq üçün digər köməkçi qurğulardan ibarət olacaq. 

 

Gömrük xidməti məntəqəsi

 

Bu yeni gömrük xidməti məntəqəsi gəmilərin lövbər sahəsində yüklərin yüklənməsi və boşaldılması prosesində növbənin azaldılması üçün sürətləndirilmiş prosedura və ən son yoxlama texnologiyası ilə birgə planlaşdırılmışdır.

 

Yaşıl Liman

 

Yeni dəniz limanı karbon qazı tullantılarını azaltmaq məqsədilə müxtəlif effektli texnologiyalardan istifadə edərək Yaşıl Liman statusunu əldə etməyə çalışır və bu məqsədlə materialdan yenidən istifadə, təkrar emal və gübrələşdirmə vasitəsilə liman əməliyyatlarının tullantılarını azaltmağa yönəlmiş proqram tətbiq edəcək. Bu proqram əməliyyatlar zamanı yaranmış bütün tullantıları idarə etmək, emal etmək və kənarlaşdırmağa imkan verəcək tərzdə layihələndirilmişdir. Liman ərazisində tullantıların emalı üzrə müvafiq planlar və avadanlıqlar quraşdırılmışdır.

Yaşıl zonalar sahil boyunca və manevr sahəsi ətrafında limanın şimal və qərb hissəsində yaradılacaq. Bu zonalar təbii yarımsəhra landşaft üzrə müsbət təsir ilə nəticələnən torpağın zənginləşdirilməsi və yerli mikroiqlimin saxlanılması işlərinə yönəlmişdir. Tikililərin damlarında toplanan yağış sularından bu estetik landşaftları inkişaf etdirmək və sulamaq üçün istifadə ediləcək.

Yeni liman məşğulluq imkanlarının, xüsusilə, liman və limanla əlaqədar logistika işlərinin artması daxil olmaqla bir sıra müsbət sosial-iqtisadi təsirlərə səbəb olacaq. 

 

Azad Ticarət Zonası

 

Hal-hazırda, yüklərin 80 %-i aşırılan yüklər, 20 % isə keçirilən yüklərdir (məs. yanacaq, tikinti materialları, təsərrüfat məhsulları və s.). Bu faiz bölgüsünün Jebel Ali Azad Zonasına (Jafza) oxşar ATZ-nin yaradılması ilə dəyişəcəyi gözlənilir. Bununla, Bakı Limanı Avropa və Asiya bazarlarına xidmət göstərərək, eləcə də, Avropa və Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsi olmaqla Mərkəzi Avrasiyanın əsas nəqliyyat qovşağı kimi çıxış edəcək. Bakı Limanı, xüsusilə, Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, cənubi Rusiya və Türkiyə bazarları üçün regionda geniş spektrli əlavə dəyər xidmətləri təmin etməklə konsolidasiya, konsentrasiya və paylama xidmətləri üzrə əsas mərkəzə çevriləcək. Logistika sahəsində bir çox fəaliyyətləri əlavə dəyər xidmətləri kimi təsnif etmək 

mümkündür. Ümumilikdə, bu xidmətlər iki kateqoriyaya ayrılır:

  1. Ümumi logistika xidmətləri: saxlama, yükləmə/boşaltma daxil olmaqla. Açma/boşaltma, açma/yükləmə, qruplaşdırma, konsolidasiya və paylama.  
  2. Əlavə dəyər logistika xidmətləri: yenidən  paketləmə, çeşidləmə, yığma, keyfiyyətə nəzarət, sınaqdan keçirmə, bərpa, terminalda avto-aksessuarlar, taxıl saxlama və dezinfeksiya, çap sənədlərinin, malların və geyimlərin saxlanılması və ötürülməsi.

Ümumi əlavə dəyər xidmətlərinə avadanlıqların, təmizləyici qurğuların, çənlərin, ofislərin istismarı, icarəsi və lizinqi, təhlükəsizlik xidmətləri və müxtəlif növ informasiya və kommunikasiya xidmətləri də aiddir. Əlavə dəyər logistika xidmətlərinin əhəmiyyəti hal-hazırda artmaqdadır, belə ki, istehsalçılar əsas diqqəti müştərilərin yüksək keyfiyyətli məhsula olan tələbatını qarşılamağa yönəldirlər. Ələtdə tikilən Yeni Bakı Limanına istehsal zəncirində (yığma, keyfiyyətə nəzarət, çeşidləmə, paketləmə) və sonrakı satış xidmətlərində (bərpa, yenidən istifadə) xüsusi öhdəliklər təmin etmək üçün üçüncü tərəfin iştirak etdiyi logistika xidmətləri üzrə yeni iştirakçılar cəlb olunacaq.  

ATZ bu logistika xidmətlərinin göstərilməsi prosesində öz yerini tutacaq. Bu zona Bakı Beynəlxalq Hava Limanından hava yük xidmətlərini təmin etməklə yanaşı Ələtdəki Yeni Bakı Limanından keçən yüksək səviyyəli dəniz əlaqələri vasitəsilə Xəzər dənizinin digər limanları ilə, o cümlədən Ələtdən Gürcüstana, İrana, Türkiyəyə, Rusiyaya və cənub-şərqi Avropaya uzanan müxtəlif növ avtomobil və dəmiryolu nəqliyyat xidmətlərinə qoşulur.

ATZ-də aparılan fəaliyyət ixracat yönümlü əlavə yük həcmi yaradacaq. Bu yüklərin əksəriyyəti müxtəlif növ nəqliyyat vasitələri ilə konteynerlərdə daşınan yüklər olacaq.  

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz