Port of Baku

Sizin Avrasiyada Qovşağınız

Dünyanın ən böyük dəniz limanlarından fərqli olaraq, Mərkəzi Avrasiyanın aparıcı kommersiya şəhərləri tarixən quruda yerləşən qovşaqlar olmuşlar. Qədim zamanlarda İpək Yolu ilə hərəkət edən tacirlərin Avropa və Asiyaya səfər etmələri üçün aylar, hətta illər lazım gəlirdi. Həmin dövrdə Mərkəzi Avrasiya qovşaqları əhəmiyyətli regional logistika və distribusiya mərkəzləri kimi xidmət göstərirdi. Onların hər birində çoxlu sayda karvansaraylar vardı ki, burada insanlar görüşərək fikir mübadiləsi aparır, alver edir, xalqlar və mədəniyyətlər bir araya gələrək bir-birilərinə qarışırdılar. Həmin ticarət mərkəzləri Avrasiya və Yaxın Şərq boyunca geniş dəhliz şəbəkələri vasitəsilə digər regional qovşaqlar və iri şəhərlərlə əlaqə yaradırdılar.  Əsrlər boyunca həmin İpək Yolu Mərkəzi Avrasiyada bir çox xalqlar üçün iqtisadi inkişaf mənbələri kimi rol oynayıb. 

İpək Yolunda ticarət üçün bir əhəmiyyətli marşrut kimi Mərkəzi Avrasiya şərq və qərb, şimal və cənub arasında kommersiya körpüsü kimi öz tarixi rolunu yenidən əldə etməyə çalışır. Əsas Avrasiya torpaqları və hava nəqliyyat dəhlizlərinin (uyğun şəkildə istifadə olunacağı təqdirdə, uzun müddətli uğurun əsas hissəsini təşkil edəcək bir amil) kəsişməsində yerləşən Azərbaycan nəinki Avropa və Asiya arasında kommersiya körpüsü kimi, hətta Avrasiyada əsas distribusiya (bölüşdürmə) qovşağı kimi də xidmət göstərə bilər. Regionda əsas kommersiya və nəqliyyat qovşaqlarından birinə çevrilmək potensialı, təbii resurslar və dinamik gənc nəslin mövcudluğu regional transformasiyanın həyata keçirilməsində öz köməyini göstərəcək.

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz