Port of Baku

Xəbərlər və Nəşrlər

2017-ci ildə Bakı Limanı vasitəsi ilə daşınan yüklərin həcmi 4.4 milyon ton təşkil edib

2017-ci ildə Bakı Limanı vasitəsi ilə daşınan yüklərin həcmi 4.4 milyon ton təşkil edib

Jan 23, 2018

2017-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsi ilə daşınan yüklərin həcmi 4.4 milyon ton təşkil edib.

Ümumi yük daşımanın (neft terminalı xaric) həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% artıb və yük mübadiləsinin 85.7%-i tranzit yük daşımaların payına düşüb.

2017-ci ildə nəzərəçarpacaq artım dəmiryolu və sərnişin daşınmasında, həmçinin təkərli texnikanın, xüsusən də irihəcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının Bərə terminalında vaqon aşırılması 26,4% artaraq 46 679 ədədə çatıb. Vaqonların 19 493 (41.8%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 6 124 vaqon (13.1%) Bakı-Aktau-Bakı istiqamətində,    21 062 vaqon (45.1%) isə 2017-ci ilin mart ayında istifadəyə verilmiş Kurik Limanı (Bakı-Kurik-Bakı) istiqamətində hərəkət edib. Hər iki istiqamətdə (Türkmənistan və Qazaxıstan) keçən sərnişindaşıma isə 41.4% artaraq 33 129 nəfər təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən nəqliyyat vasitələrinin sayı 21.4% artaraq 28 584 ədəd olub. Bunlardan 18 840 ədədi (65.9%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 9 716 ədədi (34.0%) Bakı-Aktau-Bakı istiqamətində, 28 ədədi (0.1%) isə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib.

Konteyner aşırılmasına gəldikdə isə 2017-ci ildə bu say 20 futluq konteyner (TEU) ekvivalentində 15 337 ədəd təşkil edib. Bunlardan 8447 TEU (55%) Qazaxıstan limanları, 6890 TEU (45%) isə Türkmənbaşı limanının payına düşüb. Ümumi yükaşırmada 67.8% və ya 10 397 TEU yeni Bakı Limanın Bərə terminalı, 32.2% və ya 4940 TEU isə Bakı şəhərinin mərkəzində yerləşən Əsas yük terminalı vasitəsi ilə daşınıb. 

Əsas yük terminalında aşırılan bütün yüklərin həcmi 2017-ci ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə 44.6% artaraq 607.7 min ton olub. Bu yüklərin böyük hissəsi tranzit konteynerlərin və digər quru yüklərin  payına düşüb.

Qeyd edəki ki, 2018-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının Ro-Ro terminalının açılışı həyata keçirilib. Ən müasir texniki tələblərə uyğun tikilən terminal 2 körpüdən ibarət olmaqla ildə 60 min TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanına malikdir. Yeni Bakı Limanının inşasının ikinci fazasının bitməsi ilə yükaşırma potensialı 25 milyon ton yük, o cümlədən   500 000 TEU olacaq.


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz