Port of Baku

Xəbərlər və Nəşrlər

Bakı Limanında 2018-ci ilin birinci yarımilində konteyner və sərnişin dövriyyəsində ciddi artım müşahidə olunub

Bakı Limanında 2018-ci ilin birinci yarımilində konteyner və sərnişin dövriyyəsində ciddi artım müşahidə olunub

Jul 11, 2018

Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafında aparıcı qurumlardan olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) öz fəaliyyətini uğurla davam etdirməkdədir. Belə ki, 2018-ci ilin birinci yarım ilində yükaşırmanın həcmi 2 milyon tona çatıb. Ümumi yükaşırmanın 86%-i tranzit yüklərin payına düşüb.

Hesabat dövrü ərzində ən çox artım konteyner aşırılmasında qeydə alınıb. 2018-ci ilin birinci yarımilində TEU ekvivalentində 10746 ədəd konteyner aşırılması qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% artım deməkdir.

Sərnişin daşımasında isə 37 faiz artım müşayiət olunubdur. Belə ki, cari ilin yarım ilində 19965 sərnişin Bakı Limanının imkanlarından istifadə edib. Onlardan 16526 sərnişin (82.8 %) Türkmənistan, 3439 sərnişin (17.2%) isə Qazaxıstan və əks istiqamətdə səfərlər ediblər.

Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 1%-ə yaxın artaraq 21960 ədədə çatıb. Vaqonların 9409-i (42.8%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 161 vaqon (0.8%) Bakı-Aktau-Bakı istiqamətində, 12390 vaqon (56.4%) isə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib.

Hesabat dövrü ərzində Bakı Limanından istifadə edən iri həcmli nəqliyyat vasitələrinin sayı 9512 ədədə çatıb. Bunlardan 5353 ədədi (56.3%) Bakı-Türkmənbaşı-Bakı istiqaməti, 4047 ədədi (42.5%) isə Bakı-Aktau-Bakı istiqaməti, 112 ədədi (1.2%) Bakı-Kurik-Bakı istiqaməti üzrə hərəkət edib.

Cari ilin birinci 6 ayında neft terminalında xam neft və neft məhsullarının aşırılması 30 faiz artaraq 280 min tona çatıb. 

Xatırladaq ki, 14 may 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə açılışı həyata keçirilmiş yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 1-ci fazada yükaşırma potensialı illik 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. 12 körpüdən ibarət limanın 7 körpüsü ümumi quru yük gəmilərinə, 2 körpü bərələrə, 2 körpü isə Ro-Ro və Ro-Pax tipli gəmilərə xidmət göstərir. Daha bir körpü isə Liman donanmasına xidmət edən körpü kimi istifadə olunur.

 


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz