Port of Baku

Xəbərlər və Nəşrlər

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC açıq tender elan edir

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC açıq tender elan edir

Oct 16, 2018

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti “Kür” gəmisinin əsaslı təmiri işlərinin satınalınması məqsədilə açıq tender elan edir. 
 
I. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (nümunə əlavə olunur);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi.
 
Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi Azərbaycan dilində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra “Bakı Limanı”) yerləşdiyi ünvana və ya əlaqələndirici şəxsin elektron poçtuna təqdim olunmalıdır.
 
II. İştirak haqqının məbləği və əsas şərtlər toplusunun əldə edilməsi:
Müsabiqədə iştirak etmək istəyən iddiaçılar aşağıda qeyd olunan məbləğdə iştirak haqqını Bakı Limanının bank hesabına ödəyib, ödənişi təsdiq edən sənədi Bakı Limanına təqdim etməlidir. Bu tələbləri yerinə yetirən iddiaçılar satınalma predmeti üzrə əsas şərtlər toplusunu elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın IV bəndində göstərilən tarixədək həftənin istənilən iş günü saat 9.30-dan 17.30-a kimi ala bilərlər.
 
İştirak haqqı 300 manatdır (ƏDV daxil).
İştirak haqqı manatla və ya ekvivalent məbləğdə ABŞ dolları, yaxud Avro ilə ödənilə bilər.
Hesab nömrələri: 
Bank rekvizitləri: “Kapital bank”ın 1 saylı Səbail filialı
Kod: 200059
AZ37NABZ01350100000000001944
VÖEN: 9900003611
SWIFT: AIIBAZ2X
Beneficiary name: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Beneficiary account: AZ27AIIB33010019443500206105
VÖEN: 9900065281
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
 
III. Əsas şərtlər toplusunu alan malgöndərənlər (podratçılar) aşağıda qeyd olunan ilkin sənədləri təqdim etməlidirlər:
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
- son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- mənşə və uyğunluq sertifikatları;
- və digər sənədlər.
Yuxarıda göstərilən sənədlər 16 noyabr 2018-ci il saat 18.00-a qədər elanda göstərilən ünvana təqdim edilməlidir.
 
IV. Tender təklifi və tender təklifi təminatının təqdim olunmasına dair tələblər aşağıdakılardır:
- tender təklifi (zərflərin açıldığı gündən sonra azı 60 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin ümumi qiymətinin 2 faizi həcmində tender təklifinin təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 23 noyabr 2018-ci il saat 18.00-a qədər , göstərilən ünvana təqdim edilməlidir.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
 
V. Müsabiqədə tətbiq edilən qaydalar və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin müstəsna hüququ barədə məlumat:
- tender Bakı Limanı baş direktorunun 21 dekabr 2016-cı il tarixli 55 nömrəli əmrinə və həmin əmrlə təsdiq olunmuş Bakı Limanının daxili satınalma prosedurlarına uyğun keçirilir.
- Bakı Limanının daxili satınalma prosedurlarına uyğun olaraq satınalma komissiyası bütün müsabiqə təkliflərini rədd etmək və müsabiqəni ləğv etmək hüququna malikdir.
 
VI. Satınalan təşkilatın ünvanı:
Ünvan: AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi 72.
 
VII. Əlaqələndirici şəxs:Hacıyeva Aytəkin Əvəz qızı,satınalmalar şöbəsinin aparıcı mütəxəssisi,telefon nömrəsi: +994 12 498-91-84,e-mail: ahajiyeva@portofbaku.com.
 
VIII. Tender təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri:
Zərflər 26 noyabr 2018-ci il , Bakı vaxtı ilə saat 16.30-da elanın VI bölməsində göstərilən ünvanda açılacaqdır. 
 
IX. Təkliflərin müqayisə edilməs və qiymətləndirilməsi aşağıdakı meyarlara əsasən həyata keçiriləcəkdir:
- qiymət;
- keyfiyyət;
- təcrübə;
- maliyyə vəziyyəti və s.
 
X. Müqavilənin yerinə yetirilməsi müddəti:
Satınalma müqaviləsinin 90(doxsan) gün müddətində yerinə yetirilməsi tələb olunur.
 
Satınalma komissiyası

Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz