Port of Baku

Xəbərlər və Nəşrlər

AzTU tələbələri yeni Bakı Limanına səfər ediblər

AzTU tələbələri yeni Bakı Limanına səfər ediblər

Nov 13, 2018

 

Bu gün, Ələt qəsəbəsində yerləşən Yeni Bakı Limanında Azerbaycan Texniki Universitetinin maşınqayırma sahəsi üzrə 4-cü kurs, 515a1 qrupunun tələbələri səfər edib və onlar üçün burada açıq dərs keçirilib.

Səfər zamanı ilk öncə Bərə terminalının müdiri Elimdar Kərimov tələbələrə yeni limanın əməliyyat imkanları haqqında məlumatları verib. Qeyd olunub ki, burada işlərin böyük əksəriyyəti avtomatlaşdırılıb, yeni kranlar, yedək gəmiləri, yükqaldırıcı və yüknəqledici avadanlıqlar alınıb. Bütün bunlar Ələtdə yerləşən yeni Bakı Limanını regionun ən müasir və texnoloji cəhətdən qabaqcıl limanı adlandırmağa imkan verir.

Daha sonra tələbələr üçün tanışlıq ekskursiyası həyata keçirildi, onları maraqlandıran suallar cavablandırıldı.


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz