Port of Baku

Xəbərlər və Nəşrlər

İtaliyanın tanınmış nəşri Bakı Limanına həsr olunmuş məqalə dərc edib

İtaliyanın tanınmış nəşri Bakı Limanına həsr olunmuş məqalə dərc edib

Mar 29, 2019

İtaliyanın tanınmış nəşri Bakı Limanına həsr olunmuş məqalə dərc edib

(28 mart, 2019, Bakı) İtaliyanın məhşur “Atlantis” jurnalının “Country Focus” bölməsində Ələt qəsəbəsində yerləşən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında məqalə dərc olunub. Ekspert Domeniko Letizia məqalədə Bakı Limanının logistik və əməliyyat imkanları, limanın ölkə iqtisadiyyatına və regionun inkişafına, o cümlədən qeyri-neft sektorunun inkişafına verdiyi töhfə kimi məsələlərə toxunub.

Məqalənin başlanğıcında ekspert Prezident İlham Əliyevin Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və ölkə iqtisadiyyatın diversifikasiyası haqqında danışıb. Ekspertin sözlərinə görə “yeni Bakı Limanı beynəlxalq nəqliyyat zəncirinin ayrılmaz bir hissəsidir və ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir.”

Bundan əlavə, Domeniko Letizia Bakı Limanında ən son texnologiyaya uyğun, müasir standartlara cavab verən liman avadanlıqlarının istifadə edilməsi, limanın əməliyyatlarının rəqəmsallaşdırılması, o cümlədən ətraf mühitin qorunması istiqamətində atılan önəmli addımlara da toxunub. Onun sözlərinə görə, yeni Bakı Limanı tam olaraq dünya standartlarına uyğun fəaliyyət göstərir. Bakı Limanının qısa zamanda əldə etdiyi ISO 140001:2005 ətraf mühitin mühafizəsi, ISO 9001:2015 keyfiyyət idarəetmə standartı kimi beynəlxalq sertifikatları vurğulayır. Əlavə olaraq, ekspert Bakı Limanının Xəzər hövzəsində ilk dəfə olaraq Yaşıl Liman statusunu almağa namizədliyi , o cümlədən PERS ( Liman Ətraf Mühitinin Dəyərləndirilməsi Sistemi) sertifikatı haqqında danışıb. 


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz