Port of Baku

Xəbərlər və Nəşrlər

Bakı Limanı Beynəlxalq Limanlar Assosiasiyasının Bali şəhərində keçirilən illik konfransında iştirak edib.

Bakı Limanı Beynəlxalq Limanlar Assosiasiyasının Bali şəhərində keçirilən illik konfransında iştirak edib.

May 10, 2017

8-12 may 2017-ci il tarixlərində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndə heyəti 90 ölkədən 300-dən çox liman nümayəndələrini özündə birləşdirən Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Port and Harbors - IAPH) Bali şəhərində (İndoneziya) keçirilən illik konfransında iştirak edir.

10 may tarixində tədbirin təntənəli açılış mərasimində İndoneziya Liman Korporasiyasının II icraçı direktoru Elvyn G. Masassya, Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiago Garcia-Milà qonaqları salamlayıblar. 

Daha sonra tədbir çərçivəsində keçirilən beynəlxalq sərginin açılış mərasimi baş tutub. Açılış zamanı İndoneziyanın Dənizçilik məsələləri üzrə naziri Luhut Binsar Panjaitanda Bakı Limanının stendinə yaxınlaşaraq limanın fəaliyyəti ilə maraqlanıb. Tədbirə qatılan 1000-ə yaxın qonaq da Bakı Limanının stendi ilə tanış olaraq, Limanın fəaliyyəti, qurulmaqda olan Ələt Azad Ticarət Zonası, “hub” konsepsiyası və s. barədə ətraflı məlumat verilib.

Konfrans çərçivəsində Bakı Limanına həsr olunmuş xüsusi press konfrans keçirilib və eyni zamanda Bakı Limanı və İndoneziya Liman Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev də tədbirlərdə iştirak edib. 

Eyni zamanda 10 may tarixində keçirilmiş sessiyada Bakı Limanının Baş direktoru Taleh Ziyadov “Azərbaycanın böyük “hub” ideyasının Avrasiyada bağlantıya təsiri” mövzusunda çıxış edib. 
Bildirmək istərdik ki, konfrans 5 gün ərzində davam edəcək. Bakı Limanı əməkdaşlarının bir sıra seminar və forumlarda çıxışları nəzərdə tutulub. 
Qeyd edək ki, 2018-ci il 8-11 may tarixlərində Beynəlxalq Limanlar Assosiasiyasının toplantısı Bakıda keçiriləcək.


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz