Port of Baku

Xəbərlər və Nəşrlər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakı-Aktau-Samsun Qardaşlaşmış Limanlarının 2-ci görüşü keçirilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakı-Aktau-Samsun Qardaşlaşmış Limanlarının 2-ci görüşü keçirilib.

May 22, 2017

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 22 may tarixində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakı-Aktau-Samsun Qardaşlaşmış Limanlarının 2-ci görüşünə ev sahibliyi edib. 
 

Azərbaycan, Türkiyə, Qazaxıstandan olan liman başçılarının iştirak etdiyi tədbir zamanı Qardaşlaşmış Limanlar arasında Trans-Xəzər Nəqliyyat Dəhlizində nəqliyyat əməliyyatlarının səmərəliliyinin təmin olunmasında Qardaşlaşmış Limanların rolu, infrastruktur inkişafı, yükdaşıma və sərnişin daşımalar sahəsində məlumat mübadiləsi, eyni zamanda təlim səfərlərin təşkil edilməsi məqsədilə təxniki işçi qruplarının yaradılması məsələləri müzakirə edilib, təqdimatlar keçirilib.
 

Tədbirdə açılış nitqi ilə çıxış edən Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkədə nəqliyyat və logistika, habelə Bakı Limanı və Ələt Azad Ticarət Zonası layihələrinin inkişafına verilən əhəmiyyətdən danışaraq bildirib ki, “Hazırda Xəzər dənizinin sahilində ən böyük dəniz limanının inşası aparılır. Liman Şimal və Cənub, Şərq və Qərbi birləşdirən əsas dəmiryolu kəsişməsində tikildiyinə görə Xəzər dənizi regionunda əsas logistika qovşağına çevriləcək. Limanın yaxınlığında yaradılan xüsusi azad iqtisadi zona ölkəmizə investisiya yatırımı üçün geniş şərait yaradır. Liman Avropa və Asiya bazarlarına xidmət göstərəcək."
 

Tədbir zamanı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov Türkdilli dövlətlər arasında olan əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinin vacib amil olduğunu vurğulayaraq bildirib ki, bu çərçivədə olan çoxtərəfli əməkdaşlığın və daha sıx yaradılmış münasibətlərin inkişafı üçün əlverişli şərait və geniş imkanlar var. 
 

“Mən əminəm ki, türkdilli ölkələr arasında olan tranzit və əməkdaşlıq imkanları yaxın gələcəkdə daha çox inkişaf edəcək. Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanı və onun ətrafında qurulan Azad Ticarət Zonası yalnız Azərbaycan üçün deyil eyni zamanda bütün region üçün faydalı olacaq" deyə Baş direktor qeyd edib.
 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakı-Aktau-Samsun Qardaşlaşmış Limanlarının 2-ci görüşündə ölkəmizdə fəaliyyət göstərən Şuraya üzv olan dövlətlərin səfirlikləri, bir sıra müvafiq dövlət qurumların, həmçinin yerli və xarici şirkətlərin nümayəndələri iştirak edib.


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz