Port of Baku

Liman İdarəetməsi

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Qapalı Səhmdar Cəmiyyəti) Bakı Limanının əsas idarəetmə orqanıdır və bu orqan limanın və terminalların gündəlik əməliyyatlarında mühüm rol oynayır. Limanı Azərbaycanın əsas dəniz qapısı, o cümlədən qədim İpək Yolunun mühüm və multimodal tranzit qovşağı kimi inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Bakı Limanı Azərbaycanın strateji dəniz fəaliyyətlərini gücləndirmək və mühafizə etmək məqsədilə Liman İdarəetmə, Liman Planlaşdırma Orqanı və Milli Liman Nümayəndəliyi rolunu öz üzərinə götürərək Azərbaycanın liman və logistika sahəsində görülən inkişaf tədbirlərinin əsas hərəkətverici qüvvəsi kimi çıxış edir.  Bakı Limanı liman əməliyyatlarını və inkişaf tədbirlərinə yardımçı olaraq Böyük Bakı şəhərinin dəniz sərhədləri sahilində təhlükəsizlik, mühafizə və ətraf mühitin mühafizə tədbirlərini gücləndirmək məqsədilə bu sənaye üzrə bəzi qurumlar və digər orqanlar ilə əməkdaşlıq edir. 

 

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz