Please ensure Javascript is enabled for purposes of website accessibility

Regionun ilk Yaşıl Limanı!

Ətraflı oxu
AZ
Bakı limanı Xəzər dənizinin ən qədim limanlarından biridir və Azərbaycanın dövlət quruculuğu tarixinin bir çox mərhələlərində mövcud olmuşdur.
Bakı Limanı müasir İpək Yolu və əsas nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Məqsədimiz Avrasiyanın mərkəzindəki ən böyük intermodal logistika mərkəzi olmaqdır. Vəzifəmiz dünya səviyyəli liman inkişaf etdirərək Azərbaycan iqtisadiyyatının davamlı böyüməsinə birbaşa töhfə verməkdir.

Bizim xidmətlərimiz

1800-cü illərə qədər: Qədim dəniz ticarəti

1800-cü illərə qədər: Qədim dəniz ticarəti

Dəniz ticarəti hələ qədim zamanlardan Bakıda əsas fəaliyyətlərdən biri olsa da, rəsmi məlumatlara əsasən bu şəhərdə liman 1500-cü illərdə fəaliyyət göstərməyə başlamışdır. 1564-cü ildə Səfəvi şahı I Təhmasibin fərmanı ilə Şeyx Zahid Bakı Limanının birinci naziri təyin edilmişdir. 1600-cü illərin sonunda hind tacirləri hazırda İran ərazisi hesab olunan Ərdəbil şəhərindən keçən yolla dövlətin əsas ticarət mərkəzləri olan Şamaxı və Bakı şəhərlərinə səyahət edirdilər. Bu şəhərlərin ətrafındakı qəsəbələrdə təxminən 200 hindli yaşayırdı. İpək, yağ, duz, balıq, atlar və zinət əşyaları kimi dəyərli sərvətlər onları bu regiona gətirib çıxarmışdı. 1600-cü illərin ortalarına aid sənədlərdə bir qrup hindli tacirin heyvan xəzi, mis və kürü kimi rus malları daşımaqla Şamaxı və Bakı şəhərlərinə gəldiyi barədə məlumatlar əks olunur. Bu şəhərlərdən Əfqanıstan vasitəsilə Hindistana və ya Fars Körfəzinə karvanlarla mallar daşınırdı.

1800-cü illər: Hərbi və ticarət limanı

1800-cü illər: Hərbi və ticarət limanı

17 sentyabr 1854-cü il tarixində rus çarı I Nikolayın fərmanı ilə Bakı limanı hərbi dəniz limanına çevrilmişdir. Həmin vaxtdan etibarən liman həm ticarət məntəqəsi, həm də dəniz müdafiəsini təmin edən hərbi mərkəz kimi fəaliyyət göstərmişdir. 1858-ci ildən limanda Rus İmperiyasının Xəzər Dənizi Donanması gəmiləri yerləşdirilməyə başlanmışdır. Sahil sularının dərinliyi, əlverişli hava şəraiti və yaxınlıqdakı neft yataqları limanın hərbi dəniz bazası üçün ideal məkana çevrilməsini təmin etmişdir. Bakı 1859-cu ildə Şamaxıda baş vermiş dağıdıcı zəlzələdən sonra eyniadlı əyalətin mərkəzinə çevrilmişdir. Bakı quberniyasının əhalisi sürətlə artırdı. Sahildə daha böyük limanın və gömrük binasının fəaliyyət göstərməsinə imkan yaratmaq üçün orta əsrə aid sahilyanı istehkamlar 1861-ci ildə məhv edilmişdir.

1900-cü illər: Dünyanın aparıcı limanı

1900-cü illər: Dünyanın aparıcı limanı

Bakı şəhərində limanın tikintisinə XIX əsrin ortalarında Rusiya İmperiyası dövründə başlanılıb və o, 21 iyul 1902-ci il tarixində müstəqil liman kimi rəsmi olaraq fəaliyyətə başlayıb. Bu liman dünyanın aparıcı limanları sırasında yer alırdı və Rusiya İmperiyasında yük və sərnişin daşınması üzrə ən böyük liman idi. 1905-ci ilin statistik göstəricilərinə əsasən Bakı Limanı Rusiya İmperiyasının ən çox yük aşıran limanı olaraq qeydlərə düşmüşdür. Bu zaman, aşırılan yüklər 6 milyon ton olaraq liman ilk sırada yer alırdı. 1923-cü ildən 1924-cü ilə qədər liman vasitəsilə aparılan ticarət bütün Sovet İttifaqı üzrə göndərilən yüklərin ümumi həcminin 27,3% -ni təşkil edirdi. Bu, Bakını Xəzər dənizində SSRİ-nin aparıcı limanına çevirmişdir. 1963-cü ildə yeni bərə terminalı istifadəyə verilmiş, ardınca isə sərnişinlərə xidmət göstərmək məqsədilə körpü tikilmişdir. Bu layihələr 1972-ci ildə yeni sərnişin terminalı binasının tikintisi ilə başa çatdırılmışdır.

2014-cü il: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı açılışı

2014-cü il: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı açılışı

22 Sentyabr 2014- Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı açılışı olub. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

2018-ci il: Bakı Limanının açılışı

2018-ci il: Bakı Limanının açılışı

14 may 2018-ci il tarixində cənab Prezidentin iştirakı ilə Ələt qəsəbəsindəki Bakı Limanının açılış mərasimi keçirildi. Xəzər dənizinin ən böyük limanının 13 körpüsü mövcuddur və il ərzində 100,000 TEU konteyner daxil olmaqla, 15 milyon tona qədər yük qəbul edilə bilər. 2018-ci ilin 8-11 may tarixlərində Avrasiya məkanında ilk dəfə 65 ölkəni təmsil edən 400-dən çox nümayəndənin iştirak etdiyi Dünya Limanlar Konfransı (IAPH 2018) Bakı Limanının təşəbbüsü ilə Azərbaycanda keçirilmişdir. Konfransın əsas mövzusu “Gələcəyin Limanları: hubların yaradılması, rabitənin sürətləndirilməsi” oldu.

...1800
1800
1900
2014
2018

Bizim statistikamız

%

Ümumi yük2023-cü ildə Bakı Limanında aşırılan ümumi yükün həcmi 2022-ci illə müqayisədə 16.3 % artaraq 7 milyon 343 min ton olub

%

Təkərli texnika2023-cü ildə daşınan təkərli texnikaların sayı 2022-ci illə müqayisədə 5.3 % artaraq 54,266 ədəd olub

%

Vaqon2022-ci ildə daşınan vaqon sayı 2021-ci illə müqayisədə 27% artaraq 38,692 ədəd olub.

%

Konteyner2022-ci ildə aşırılan konteyner sayı 2021-ci illə müqayisədə 16% artaraq 52.276 TEU olub

17 NOYABR / 2024 / 08:26

COP29 çərçivəsində "Elektrikləşdirilmiş Nəqliyyat - Təmiz Hərəkətlilik üçün Növbəti Nəsil Texnologiya və Enerji Həlləri " adlı panel müzakirə həyata keçirilmişdir

16 NOYABR / 2024 / 16:36

ABŞ-nin İqlim Fondunun rəsmiləri Bakı Limanına səfər edib

16 NOYABR / 2024 / 16:27

Bu gün COP29 çərçivəsində ölkəmizə gələn bir qrup xarici media təmsilçisi Bakı Limanına səfər edib

16 NOYABR / 2024 / 08:20

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı), ADA Universiteti, IDEA İB, “Caspian İntegrated Scientific Network” (CASPISNET), ABŞ-ın Kaliforniya Universiteti (UCLA) və BMT-nin Ətraf Mühit Proqramı (ƏMP) tərəfindən birgə təşkil olunan “Xəzər dənizi hövzəsi: risklərin qiymətləndirilməsi və aradan qaldırılması” mövzusunda dəyirmi masa müzakirələrində iştirak edib

Yaşıl Liman

Xəzər dənizinin ilk yaşıl liman statuslu Limanı Bakı limanıdır.

Daha ətraflı

Karyera imkanları

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası