24.05.2021 00:04

Bakı Limanında “Liman logistikası və dəniz nəqliyyatı” mövzusunda təlim keçiriləcək.

  “Liman logistikası və dəniz nəqliyyatı” təlimi.

                  

    Təlimin qısa icmalı:

Bakı limanı və dünyanın mühüm dəniz limanları haqqında məlumatlar

Limanlarda yükaşırma prosesləri və bu proseslərdə istifadə olunan mexanizmlər

Limanın kəmiyyət və keyfiyyət iş göstəriciləri

Gəmilərin və konteynerlərin bölgüsü

Yüklərin markalanması, dəniz yolu ilə daşınması və bu daşımalarda istifadə olunan nəqliyyat sənədi

Dəniz daşımalarında istifadə olunan terminlər

İnkoterms 2020

Təhlükəli yüklər

 

        Təlimdə keçiriləcək mövzular:

 

Dəniz yolu ilə dünyada və Azərbaycanda yükdaşımaların qısa tarixi;

Dünya Limanları və Bakı Limanı haqqında məlumatlar;

Gəmilərin bölgüsü;

Dəniz daşımalarını nizamlayan Konvensiya, Saziş və Qaydalar;

Dəniz yolu ilə yükdaşımalar zamanı istifadə olunan termin və qısaltmalar;

İncoterms 2020;

Yüklərin markalanması;

Təhlükəli yüklər;

Konosament (Bill of lading);

 -----------------------------------------------

 

Yüklərin bölgüsü, yerləşdirilməsi, idarə olunması və daşınmasının əsas prinsipləri;

Yükaşırmada istifadə olunan mexanizmlər;

Paletlər, paletli yüklərin aşırılması;

Ümumi yüklərin qəbulu üçün anbarların hazırlanması;

Konteynerlər,onların təhlükəsiz aparılması, idarə olunması, daşınması prinsipləri və onların aşırılması;

Səpkili yüklərin aşırılması və hopper vaqonlara yüklənməsi;

Yükləmə planı, yüklərin nəqliyyat xüsusiyyətləri;

Limanın kəmiyyət və keyfiyyət iş göstəriciləri;

Yükdaşıma və qovşaq müqavilələri

Yükaşırma işlərinin intensivliyinə gəmilərin konstruktiv xüsusiyyətlərinin təsiri

Dispetçer xidməti.

 

 

    Təlim kimlər üçün nəzərdə tutulub:

 

 Bu təlim nəqliyyat və ekspedisiya şirkətləri, dəniz yolu ilə idxal və ixrac əməliyyatları keçirən şirkətlər, limanlarda həyata keçirilən əməliyyatlarla maraqlananlar və həmçinin dəniz daşımaları ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

 

 

    Təlimin qiyməti: 250 azn (Online)

 

    Təlimin müddəti: 9+1 gün. 9 gün 2 saat online təlim(hər gün), 1 gün Limana səfər.

 

 

 

     Təlimçilər:

 

* Elimdar Kərimov — Yükaşırma və yükqaldırma sahəsində 39 il, Liman sahəsində 39 il və təlimçilik sahəsində 20 ildən yuxarı stajı var. 17 il Azərbaycan Dövlət Dəniz Akademiyasında baş müəllim işləyib.

 

* Elxan Babayev — Yükaşırma və yükqaldırma sahəsində 10 il, Liman sahəsində 5 il və təlimçilik sahəsində 2 illik təcrübəyə malikdir.

 

* Nicat Şabanlı —  Yükdaşıma sahəsində 15 illik, Liman sahəsində 4 illk və təlimçilik sahəsində 3 illik təcrübəyə malikdir, «Nəqliyyat logistikası» kitabının müəllifidir.