24.02.2022 23:55

BAKI LİMANINDA VAKANSİYA!

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ PROTOKOL DEPARTAMENTİNİN KİÇİK MÜTƏXƏSSİSİ

İctimaiyyətlə əlaqələr və protokol departamentinin kiçik mütəxəssisi tədbirlərin təşkili, eləcə də protokol qaydalarına riayət edilməsi funksiyalarına məsuliyyət daşıyır.

Bakı Limanı bu vəzifənin icrası üçün çevik, həvəsli, qeyd olunan iş sahəsində ilkin bilik və bacarıqlara sahib kadr axtarışındadır. Kiçik mütəxəssis üzərinə düşün vəzifələrin icrasının 80%-ni Cəmiyyətin Ələt qəsəbəsində yerləşən Limanın inzibati binasından və 20% - ni isə Bakı şəhərində yerləşən inzibati binasında icra edəcək. Kiçik mütəxəssis İctimaiyyətlə əlaqələr və protokol departamentinin müdirinin nəzarətində fəaliyyət göstərəcək.  

İctimaiyyətlə əlaqələr və protokol departamentinin kiçik mütəxəssisinin arzuolunan profilinə aşağıdakılar daxildir:

  • Təhsil tələbi:
    • Minimum bakalavr
    • Təhsil ixtisası: Jurnalistika, inzibati idarəetmə, Biznes təşkili və idarə olunması, Beynəlxalq münasibətlər və digər müvafiq ixtisasları üzrə ;

 

  • Kompüter bilikləri: MS Office proqramları
  • Azərbaycan dili (mükəmməl səviyyədə), Rus dili (arzuolunandır), ingilis dili (arzuolunandır).

ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

  • Tədbirlər zamanı lazımi təşkilati işlərin görülməsində iştirak və protokol qaydalarına riayət edilməsini təmin etmək;
  • Korporativ nəşrlərin, reklam daşıyıcıların çapını təşkil etmək;
  • Sosial media üçün foto və videoların çəkilməsi və paylaşılması
  • Verilən məlumatlara əsasən Bakı Limanının fəaliyyəti haqqında müxtəlif formatda PR (reklam, xəbərlər, məqalə və s.) mətnlərin ilkin versiyasının hazırlanması və mətnlərin yığılması
  • Görülmüş fəaliyyətlərin və alınan malların maliyyə ödənişləri barədə müvafiq sənədləri hazırlamaq
  • Departament müdiri tərəfindən verilən digər tapşırıqları öz səlahiyyəti çərçivəsində icra etmək.

 

TƏLƏB OLUNAN BİLİKLƏR:

  • Tədbirlərin təşkili;
  • Protokol qaydaları (arzuolunandır);
  • KİV haqqında ilkin biliklər;
  • Reklam işinin təşkili (arzuolunandır);
  • Çap aparatı (printer), kompüter və digər avadanlıqların istifadə bacarığı

 

DAVRANIŞ BACARIQLARI:

  • Nizam-intizam
  • Etik davranış
  • Məsuliyyət
  • Ünsiyyət
  • Təşəbbüskarlıq
  • Detallara diqqət
  • Nəticə yönümlülük

 

Vakansiyanın tələblərinə cavab verən namizədlər öz CV–lərini  01.03.2022-ci il tarixinədək hr@portofbaku.com elektron ünvanına başlıqda İctimaiyyətlə əlaqələr və protokol departamentinin kiçik mütəxəssisiqeyd edərək göndərə bilərlər