04.03.2022 04:05

BAKI LİMANINDA VAKANSİYA!

DAXİLİ AUDİT DEPARTAMENTİNDƏ BAŞ AUDİTOR

Daxili audit departamentində Baş auditorun arzu olunan profilinə aşağıdakılar daxildir:

  • Ali təhsil (hüquq və ya iqtisadiyyat sahəsi);
  • Müvafiq sahədə 4 il iş təcrübəsi;
  • MS Ofis proqram biliyi (Excel yüksək səviyyədə);
  • İngilis dili bilikləri (danışıq səviyyəsində), rus dili (üstünlükdür);
  • Beynəlxalq audit sertifikatlarına malik olan namizədlərə üstünlük veriləcəkdir (CIA, CFSA, CFE).

ƏSAS BİLİKLƏR:

  • Azərbaycan Respublikasının Konstitusiyası, məcəllələr (əmək, vergi və s), qanunlar (daxili audit, mühasibat uçotu), qaydalar  və digər normativ-hüquqi aktlar barədə biliklər;
  • Daxili audit standartları haqqında biliklər;
  • Daxili audit üzrə etik məcəllənin tələbləri;
  • COSO standartları;
  • Risklərin idarə edilməsi və daxili nəzarətin əsasları;

DAVRANIŞ BACARIQLARI:

  • Auditlik bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Təqdimat bacarığı;
  • Problem həll etmə bacarığı;
  • Araşdırma, analiz bacarığı;
  • Diqqətli, çevik və məsuliyyətli.

ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

  • Təşkilatın bütün struktur bölmələrində daxili nəzarət tədbirlərini, o cümlədən xidməti araşdırmaları, daxili audit yoxlamalarını və monitorinqləri həyata keçirmək;
  • Təşkilatda daxili mühasibat əməliyyatlarının yoxlanılması prosesində iştirak etmək;
  • Məlumat və informasiyanın emalı mərkəzlərində dövri auditlərdə iştirak etmək;
  • Audit tapşırıqlarının yerinə yetirilməsi məqsədi ilə sənəd və məlumatların və eləcə də auditin aparılması üçün uyğun əməkdaşlarla görüşüb onları sorğulamaq;
  • Digər departament, şöbə və xidmətlərdən tələb olunan məlumatları, sənədləri və sorğuları təqib etmək və gecikmələr baş verərsə səlahiyyətli şəxsləri məlumatlandırmaq;
  • Audit nəticələrinin əsasını əldə etmək, yoxlamaq və nəticənin peşəkar qaydada sənədləşdirilməsini təmin etmək;
  • Təşkilatın inkişaf konsepsiyasına uyğun olaraq Departamentin strateji və taktiki planlarının, büdcəsinin tərtib edilməsi prosesində iştirak etmək.

Vakansiyanın tələblərinə cavab verən namizədlər öz CV–lərini 11.03.2022-ci il tarixinədək hr@portofbaku.com elektron ünvanına başlıqda “Baş Auditor” qeyd edərək göndərə bilərlər.