30.03.2022 08:12
BAKI LİMANINDA VAKANSİYA!
3-cü Dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru
3-cü Dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorunun profilinə aşağıdakılar daxildir:
KVALİFİKASİYA TƏLƏBLƏRİ:
-
Orta təhsil (Energetika sahəsində ali təhsil arzu olunandır);
-
Elektrik sahəsində 3 il iş təcrübəsi (0.4 kV gərginlikdə elektrik montaj işləri);
-
Müvafiq sertifikat (diplom)
BİLMƏLİDİR:
-
Elektrotexnika və energetika biliyi;
-
Elektrik qurğularının quraşdırılması qaydalarını;
-
Elektrik qurğularında tətbiq olunan kollektiv və fərdi mühafizə vasitələrindən istifadə və onların sınaq qaydalarını;
-
0.4 kV elektrik təchizat sxemini və qidalanmasını;
-
Elektrik qurğu və avadanlıqların tipini, şərti işarələrini və təyinatını;
-
Elektrik naqillərinin lehimlənməsi və dəyişdirilməsi üsullarını;
-
Güc transformatorlarının, hava və kabel xətlərinin, açarların və s. texniki parametrlərini;
DAVRANIŞ BACARIQLARI:
-
Operativlik;
-
Diqqətlilik
-
Ünsiyyət;
-
Problem həll etmə bacarığı;
ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
-
10/0.4 Y/S-ların 0.4 kV tərəfində olan elektrik avadanlıqlarının TİQ-larının tələblərinə uyğun şəkildə istismarına nəzarət etmək;
-
0,4 kV-a qədər elektrik qurğu və avadanlıqlarını, elektrik maşın və aparatlarını yığmaq, quraşdırmaq və orta təmirini icra etmək;
-
Y/S və Limanın bütün elektrik tələbatçılarının işıqlanmasını, həmçinin inzibatı binalarda elektrik avadanlıqlarında yarana biləcək qüsurların aradan qaldırılmasını həyata keçirmək;
-
Bütün elektrik təchizatı və elektrik avadanlıqlarının montajı, demontajı, avadanlıqların quraşdırılması kimi işlərdə birbaşa iştirak etmək;
-
Ərazinin işıqlanması problemlərinin aradan qaldırılmasını təmin etmək;
-
Elektrik avadanlıqlarına nəzarət etmək və yaranmış nasazlıqları aradan qaldırmaq;
-
İşıqlandırıcı armaturların sazlanması, onlara xidmət edilməsi, lümunisetli və başqa tipli lampaların qoyulması işlərini yerinə yetirmək
Vakansiyanın tələblərinə cavab verən namizədlər öz CV–lərini 06.04.2022-ci il tarixinədək hr@portofbaku.com elektron ünvanına başlıqda “3-cü Dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru” qeyd edərək göndərə bilərlər.