10.06.2022 05:11

Bakı Limanının Təlim Mərkəzində “Yükdaşımaları nizamlayan beynəlxalq konvensiya və qanunlar” adlı təlim keçiriləcək

Bakı Limanının Təlim Mərkəzinin beynəlxalq sertifikatlı mütəxəssisləri tərəfindən yükdaşımaları nizamlayan beynəlxalq konvensiya və qanunlardan bəhs edən 1 günlük təlim keçiriləcək. 15 iyun 2022-ci ildə keçirilməsi nəzərdə tutulan təlim çərçivəsində, iştirakçılara beynəlxalq yüklərin quru, dəniz, hava və dəmir yolu ilə daşınması qaydalarını nizamlayan beynəlxalq konvensiyalar və Azərbaycan qanunlarına istinad olunaraq yükgöndərənin, daşıyıcının və alıcının vəzifələri, həmçinin yüklərin zədələnməsi və ya itməsi zamanı daşıyıcının məsuliyyəti izah olunacaq. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ələt qəsəbəsində yerləşən inzibati binasında təşkil ediləcək təlimdə nəqliyyatçılar, ekspedisiya, idxal-ixrac və sair bu kimi əməliyyatlarla məşğul olan şirkətlərin əməkdaşları iştirak edə bilərlər. Burada təlim iştirakçıları real iş prosesi ilə də tanış olub, onları maraqlandıran suallara da cavab tapa biləcəklər. İştirakçılar üçün paytaxtdan nəqliyyat vasitəsi təşkil ediləcək. Təlimdə iştirak etmək istəyənlər 14 iyun tarixinə qədər qeydiyyatdan keçməlidir.
 
Ətraflı məlumat üçün “trainingcenter@portofbaku.com” və ya 055 400 08 90 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.