01.01.1970

Ziyadov Taleh Məhəmməd oğlu

Ziyadov Taleh Məhəmməd oğlu 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Avrasiya regionunda nəqliyyat, logistika zəncirinin idarəedilməsi və energetika məsələləri üzrə geniş peşəkar təcrübəyə malikdir. O, 14 noyabr 2014-cü il Azərbaycan Respublikasının Prezidentinin 853№-li sərəncamına əsasən yeni yaradılan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə Baş direktor təyin edilmişdir. Sözügedən təyinatdan əvvəl ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) Vaşinqtonda icraçı direktorunun müavini, ADA Universitetində Akademik işlər üzrə dekan müavini və baş elmi işçi vəzifələrində çalışıb. 2008-ci ildən etibarən Azərbaycanda və Böyük Mərkəzi Asiya regionunda nəqliyyat və logistika məsələləri ilə bağlı bir neçə özəl və dövlət şirkətlərinə, eləcə də beynəlxalq təşkilatlara tövsiyələrini etmişdir. Taleh Ziyadov magistr dərəcəsini ABŞ-ın Corctaun Universitetinin Xarici Xidməti Məktəbindən və fəlsəfə doktoru elmi dərəcəsini isə Böyük Britaniyanın Kembric Universitetində almışdır. Avropa Asiya ticarət və nəqliyyat şəbəkələrinin strateji təhlilini əhatə edən təsvir və Azərbaycanı 2030-cu ilə qədər regional qovşağa (hub) çevrilməsinə tövhə verəcək "Azərbaycan Mərkəzi Avrasiyanın Regional Qovşağı" (Azerbaijan as a Regional Hub in Central Eurasia) kitabının müəllifidir (ADA, 2012). Ailəlidir, iki övladı var.