Bakı Limanı tərəfindən birinci sinifə qədəm qoyacaq uşaqlara hədiyyələr verilib
11.09.2019 08:59
Bakı Limanı tərəfindən birinci sinifə qədəm qoyacaq uşaqlara hədiyyələr verilib
Bakı Limanının korporativ sosial məsuliyyət çərçivəsində Ələt qəsəbəsində yerləşən 302 saylı orta məktəbində bu il birinci sinifə qədəm qoyacaq uşaqlara çanta və digər məktəb ləvazimatları hədiyyə olunub.Bakı Limanı, Qaradağ rayonu icra hakimiyyəti və Ələt qəsəbəsinin bələdiyyə nümayəndələri uşaqları təbrik edib və onlara yeni dərs ilində uğurlar arzu ediblər.
Bakı Limanı müasir İpək Yolu və əsas nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir.
Məqsədimiz Avrasiyanın mərkəzindəki ən böyük intermodal logistika mərkəzi olmaqdır.
Bizim vəzifəmiz dünya səviyyəli liman inkişaf etdirərək Azərbaycan iqtisadiyyatının
davamlı böyüməsinə və şaxələndirilməsinə birbaşa töhfə verməkdir.