28.05.2020 09:00

Respublika günü ilə əlaqədar olaraq Bakı Limanı maraqlı aksiya həyata keçirib.

28 may Respublika günü ilə əlaqədar olaraq Bakı Limanının quru yük terimanlında 54 konteynerdən istifadə olunaraq «AZƏRBAYCAN» sözü yazılıb.
 
Hər bir hərif 23 metrdən hündür olmaqla, 7 metrə yaxın bir ərazini əhatə edir. Əlavə olaraq COVID-19 zamanı ümumrespublika birlik simvoluna çevrilən #BizBirlikdəGüclüyük hashtagi, dövlət bayrağımız və Bakı Limanının loqosunun əks olunduğu konteynerlər də kompazisiyanı tamamalayıb.
 
Xatırlatmaq istərdik ki,
#BizBirlikdəGüclüyük ümumrespublika kampaniyası çərçivəsində Bakı Limanı tərəfindən limanın yerləşdiyi Ələt qəsəbəsində yaşayan 300-ə yaxın ailəyə ərzaq yardımı olunub.

E-Bilet