10.04.2020 10:56

2020-ci ilin I rübü üzrə yükaşırma fəaliyyətinə dair hesabat

Bakı Limanında Ümumi Yük Aşırmanın həcmi 2020-ci ilin yanvar-mart aylarında ümumi yükaşırmanın həcmi 1 278.7 min ton təşkil etmişdir ki, bu da 2019-cu ilin müvafiq göstəricisindən (1 035.6 min ton) 23.5% çoxdur.

Bakı Limanında 2020-ci ilin 3 ayı ərzində göstərilən ayrı-ayrı xidmətlər üzrə ciddi artım müşahidə olunmuşdur. Ümumi yükaşırmanın əsas hissəsi ənənəvi olaraq tranzit yüklərin payına düşmüşdür (1 139.5 min ton və ya 89%-i). 

2020-ci ilin 3 ayı üzrə iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı keçən ilin müvafiq dövrünə nisbətən 39.3% artaraq 9 116 ədəd olmuşdur. Belə ki, bunlardan 6 934 ədədi (76%) Bakı-Türkmənbaşı-Bakı, 2 182 ədədi isə (24%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət etmişdir.

Hesabat dövründə konteynerlərin aşırılmasında azalma müşahidə edilmişdir. Belə ki, TEU ekvivalentində 7 058 sayda konteyner aşırılmışdır ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2.7% azalma deməkdir  (2019-cu ilin yanvar-mart aylarında 7 253 TEU). 

Bakı Limanının Bərə terminalında vaqon aşırılması 28.6% azalaraq 9 839 (2019-cu ilin 3 ayında 13 788 vaqon) ədəd təşkil etmişdir. Bunlardan 5 231 vaqon (53%) Bakı-Kurık-Bakı istiqamətində, 4 608 (47%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət etmişdir.

Bakı Limanının xidmətlərindən istifadə edən sərnişinlərin sayında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 11% azalma qeydə alınmış və 9 778 nəfər təşkil etmişdir.

E-Bilet