30.06.2020 09:20

Çindən hərəkət edən növbəti yük karvanı Bakı Limanından keçərək Türkiyəyə yola salınıb

Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənən və 43 konteynerdən ibarət blok qatarı iyun ayının 30-da Bakı Limanında aşırılıb. 6 saat davam edən yükaşırma əməliyyatdan sonra yüklər Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən Türkiyəyə çatacaq. 

Qatarla Türkiyə Respublikasına Çin istehsalı olan elektronika məhsulları göndərilib. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü Ady Container MMC-dir. 

Qeyd edək ki, bu Sian-İstanbul marşturu üzrə hərəkət edən ikinci belə bir karvandır. "Xi'an Free Trade Port Construction and Operations" logistik platforma tərəfindən təşkil olunan blok qatar mütəmmadi olaraq Çindən Türkiyəyə yüklər daşıyacaqdır.

 

 

E-Bilet