14.09.2020 05:26

Bakı Limanı İran tərəfi ilə üçtərəfli video-konfrans keçirib

İran Islam Respublikasının Limanlar və Dənizçilik Təşkilatının təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC arasında üçtərəfli video-konfrans formatında iclas keçirilib.
 
İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin iştirak etdiyi video-iclasa Bakı Limanının Baş direktorunun Baş müşaviri Babək Məmmədov və digər əməkdaşlar da qatılıb.
Görüş zamanı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə İranın Xəzər dənizində yerləşən limanları ilə əməkdaşlıq perspektivləri, o cümlədən ənənəvi olan sərnişindaşıma, Xəzər hövzəsində kruiz səfərlərinin təşkil olunması və iki ölkə arasında dəniz nəqliyyatı ilə əməkdaşlığa təkan verəcək məsələlər barədə müzakirələr aparılıb.
 
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və ölkənin Limanlar və Dənizçilik Təşkilatının tranzit, logistika və müqavilələr üzrə baş idarəsinin direktoru Xosrov Sarai qeyd ediblər ki, Xəzər dənizi dostluq və əməkdaşlıq dənizidir və İran İslam Respublikası və Azərbaycan Respublikası vacib mədəni və tarixi ortaqlıqlara sahib ölkədirlər.
 
Müzakirələr ümumi maraq doğuran məqamlar ətrafında davam etdirilmişdir.

 

E-Bilet