12.10.2020 12:02

Atəşkəs rejiminə məhəl qoymayan Ermənistan Gəncədə dinc sakinləri hədəf aldı

Oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrinin intensiv atəşə tutmaqda davam edir.

Əldə etdiyimiz məlumata əsasən, Ermənistan Gəncədə dinc sakinləri bir daha hədəf alıb. Gecə saatlarında ağır artilleriyadan atəşə tutulan bu qədim şəhərdə raketlərdən bir neçəsi yaşayış binalarına düşüb. Hadisə nəticəsində 10 nəfər həlak olub və 43 nəfər yaralanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Dağıntılar altında qalan insanların çıxarılması tədbirləri həyata keçirilib. 

Düşmənin artilleriya zərbələri nəticəsində yaşayış binalarının yaxınlığında olan mağazalara, şəxsi avtomobillərə də ciddi ziyan dəyib.

E-Bilet